İletişim araçları
Telefon: 
(012) 310 00 10
E-posta: 
boulevard.careers@absheronhotelgroup.com
Adres: 
Azərbaycan, Bakı ş, Xəqani Rüstəmov küç 4 C
Baku Boulevard Hotel vakansiya elan edir


Şöbə: Təchizat
Vəzifə: Təchizat üzrə mütəxəssis
Şirkət: Boulevard Hotel Company LLC
Ünvan: Azərbaycan, Bakı ş, Xəqani Rüstəmov küç 4 C
Son tarix: 29.02.2020

İşin təsviri

• Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, otelin xərclərinin minimuma endirilməsini təmin etmək. Bu məsələyə Təchizat üzrə menecerinin və Təchizat şöbəsinin menecerinin assistenti verdiyi təlimatla nail olmaq;
• Tender prosesinin təşkili və idarə edilməsi, müvafiq şöbələrdən əldə edilən məlumatlara əsasən tender sənədlərinin hazırlanması, tender sənədlərinin tədarükçülərə çatdırılması, təkliflərin alınması və cavablandırılması;
• Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək.
• Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlıq etmək.
• Maddi qənaət əldə etmək üçün müqavilə, kəmiyyət endirimi və qiymət öncəsi satınalma artımı vasitəsilə satınalma konsepsiyaları təklif etmək və həyata keçirmək.
• Qeyri-ərzaq mallarının alınmasına rəqabətli sifarişlər də daxil olmaqla effektiv sifariş sistmei vasitəsilə nəzarət etmək.
• Istifadə üçün nəzərdə tutulmuş bütün məhsullar haaqında məluatların dəqiq qeydiyyatını aparmaq.
• Fəaliyyət avadanlıqları və təchizat üzrə illik tələbləri koordinasiya etmək.
• Böyük layihələrlə bağlı satınalmaları koordinasiya etmək.
• Qida, içki, fəaliyyət avadanlıqları və təchizat ilə əlaqəli bütün aylıq və rüblük inventarizasiyalarda iştirak etmək.
• Mehmanxanada baş verən hər hansı təcili və ya təhlükəsiz vəziyyətə düzgün reaksiya vermək.
• Məhsulun qiymətləndirilməsi, rotasiyası, inventarizasiya səviyyələri, həmçinin, anbar sahəsinin sanitariyasını təmin etməklə prosedur təlimatlarında göstərilənlərə uyğun olaraq qəbul, sənədləşdirmə, saxlama və paylama proseslərinə nəzarət etmək.
• Bütün anbar sahələrinin təhlükəsiz, təmiz və müvafiq şəkildə saxlanılmasını təmin etmək.
• Əməkdaşların iş cədvəlini hazırlamaq və həyata keçirmək.
• Baş Menecer və ya mehmanxana rəhbərliyi tərəfindən verilən digər hər hansı tapşırıq və ya vəzifələri yerinə yetirmək.

Namizədə olan tələblər

• Ali təhsil;
• Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;
• MS Office (Word, Excel, Power point), Iscala
• Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması təcrübəsi;
• Danışıqların aparılması bacarığı
• Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları
• Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
• Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
• Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;
• İşgüzar və məsuliyyətli

İş şərtləri

• iş rejimi - həftədə 5 günlükdür
• iş saatları - 09.00-18.00
• 1 saatlıq nahar fasiləsi

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Təchizat üzrə mütəxəssis” qeyd edərək CV-lərini boulevard.careers@absheronhotelgroup.com elektron ünvanına 29 fevral 2022-ci ilə dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Əlavə məlumat üçün: www.boulevardhotelbaku.com


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Vakansiyalar Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin

İletişim araçları


Telefon:  (012) 310 00 10
E-posta:  boulevard.careers@absheronhotelgroup.com
Adres:  Azərbaycan, Bakı ş, Xəqani Rüstəmov küç 4 C
En son Vakansiyalar
Zeta group vakansiyasi
 26 Şubat 2020
STP aktiv vakansiya
 26 Şubat 2020