Amerikada Hüquq Təhsili və Peşəsi


Dəyərli məzunlar və dostlar,

"ABŞ Təhsilli Azərbaycan Məzunları" İB olaraq sizləri "Peşəkarlar danışır: Amerikada hüquq təhsili və peşəsi" adlı onlayn seminarımıza qoşulmağa dəvət edirik!

Altay Mustafayev 20 ilə yaxın peşəkar iş təcrübəsinə malik olan, beynəlxalq biznes, bank, korporativ və vergi hüququ üzrə ixtisaslaşan hüquqşünasdır. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olmaqla bərabər, ABŞ Dövlət Departamentinin "Edmund S. Muskie Graduate Fellowship" proqramının qalibi kimi ABŞ-ın Sietl şəhərindən yerləşən University of Washington-da təhsil alaraq hüquq magistri (LL.M.) dərəcəsi də almışdır. 

O, hal-hazırda təsisçisi olduğu “Altay Mustafayev Law & Tax” hüquq şirkətinə rəhbərlik edir.Buna qədər özəl sahədə bir çox xarici və yerli şirkətlərdə hüquqşünas kimi fəaliyyət göstərmiş, o cümlədən, Baker McKenzie beynəlxalq hüquq şirkətinin partnyoru olmuşdir. 

Altay Mustafayev Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü (2005) olmaqla bərabər, ABŞ-ın Nyu York ştatının (2007) və İngiltərə və Uelsin (2016) də vəkilidir. O, qlobal hüquq şirkətləri və hüquqşünaslarının aparıcı reytinq nəşrləri olan Legal500, Chambers və İFLR1000 tərəfindən yüksək reytinqə malik olan azsaylı Azərbaycan hüquqşünaslarındandır. 

O, həmçinin, 2006-cı ildən etibarən müxtəlif universitetlərdə müxtəlif hüquq fənləri üzrə dərs verməkdədir - hal-hazırda Bakı Dövlət Universitetinin hüquq fakültəsinin və ADA Universitetinin Hüquq Proqramının müəllimidir.

Görüş rəsmi səhifəmizdən https://www.facebook.com/AzerbaijaniAlumniAssociation

Canlı şəkildə həyata keçiriləcəkdir.

Tarix: 16 may 2020
Saat: 20:30

Hər hansı bir sualınız olarsa, səhifə ilə əlaqə saxlamaqdan çəkinməyin.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Onlayn Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin
En son Onlayn
Deputat ilə vebinar
 28 Mayıs 2020
Şəxsi İnkişaf
 27 Mayıs 2020