Bu Şirket hakkında bilgi
İletişim araçları
Telefon: 
(012) 493 00 91
E-posta: 
cv@ibar.az
Adres: 
Nizami küçəsi 67 Baku, Azerbaijan
Korporativ kreditlərin rəsmiləşdirilməsi qrupu üzrə təcrübəçi


Azərbaycan Beynəlxalq Bankı Korporativ kreditlərin rəsmiləşdirilməsi qrupuna təcrübəçi qəbulunu açıq elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Öyrənəcəkləriniz:

  •  Korporativ seqmentinə aid bütün müştərilərə rəsmiləşdirmə xidmətinin göstərilməsi;
  • Rəsmiləşdirmə prosesində tələb olunan sənədlərin toplanması üçün müştərilərə dəstək göstərilməsi.
  • Müştərilərə səyyar xidmətin göstərilməsi;
  • Kredit, Qarantiya, Akkreditiv, Zaminlik, Girov, İpoteka, müqavilələrin hazırlanması;
  • Əqdlərin AƏS-ə daxil olunması;
  • Notariuslarla iş.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli;
  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti olan;
  • Yazılı və şifahi ünsiyyət bacarıqlı;
  • Komputer bilikləri yüksək səviyyədə olan

Bu təcrübə proqramı sizə nələri qazandıracaq:

  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə öz CV-nizi 15 yanvar 2020-ci il  tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir.

Əlavə məlumat üçün: www.ibar.az


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Təcrübə proqramları Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin
Buhakkında bilgi

İletişim araçları


Telefon:  (012) 493 00 91
E-posta:  cv@ibar.az
Adres:  Nizami küçəsi 67 Baku, Azerbaijan