Bu Şirket hakkında bilgi
İletişim araçları
Telefon: 
012 210 00 99
Adres: 
102A Cəlil Məmmədquluzadə küçəsi Bakı 1022
ATL Tech təcrübəçi axtarır


ATL Tech MMC, Məhsulların İnkişafı Departamentində "Məhsulların İnkişafı üzrə Təcrübəçi" axtarışındadır. Təcrübə proqramı 3 ay boyunca davam edəcəkdir. Proqram boyunca Siz, real layihələrdə tapşırıqlar ilə çalışacaq, nəzəri və praktik biliklərə yiyələnəcəksiniz. Təcrübə proqramı ödənişsizdir .

Vəzifə öhdəlikləri;

Layihə çərçivəsində müştərinin (sifarişçi təşkilatın, qurumun) biznes-prosseslərinin öyrənilməsi üçün lazım olan intervyu planın, resurs siyahısının tərtib edilməsi və intervyuların aparılması;
Layihə çərçivəsində müştəri ilə aparılmış intervyuların nəticəsi olaraq texniki sənədlərin (texniki tapşırıq, dizayn sənədi, use-case və s.) hazırlanması;
Biznes-proseslərin optimizasiyası, analizi və modelləşdirilmə işlərinin planının hazırlanması və onun birbaşa rəhbər ilə razılaşdırılması;
Biznes-proseslərin optimizasiyası, analizi və modelləşdirilmə işlərinin aparılması;
Optimallaşdırılmış biznes proseslərinə görə korporativ informasiya sistemlərində dəyişikliklər etmək üçün texniki sənədlərin yazılmasında iştirak etmək;
Təyin olunmuş layihələrin plana görə müddətlərin və digər şərtlərin yerinə yetirilməsinə nəzarət etmək;
İş proseslərini optimallaşdırmaq üçün yeni texnologiyaların tətbiqi ilə bağlı təkliflərin verilməsi;
Layihə çərçivəsində hazırlanan məhsulun müştəriyə təqdim edilməsi üçün tələb olunan təqdimat materialların (təqdimat sənədi, təhvil-təslim aktı və s.) hazırlanması və lazımi təqdimat, təlim proseslərinin aparılması;
Qurulan modellər üzrə Sifarişçi üçün təqdimatların keçirilməsi.

Vakansiya üzrə tələblər;

Analitik düşüncə tərzi, müxtəlif insanlarla əlaqə və ünsiyyət qurma bacarığı;
Biznes sahəsi və biznes proseslərin idarə edilməsi sahəsində biliklər;
İstifadəçilərinin proqramla bağlı yaranmış xətaların araşdırılması və həll edilməsi;
Dil bilikləri: Azərbaycan, Rus və İngilis;
İnformasiya Texnologiyaları sahəsində ali təhsil alan namizədlərə üstünlük verilir.

Maraqlanan namizədlərdən qeyd olunan linkə https://career.atltech.az/vacancy/105 keçid edərək müraciətlərini təsdiqləməlri xahiş olunur. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Təcrübə proqramları Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin
Buhakkında bilgi

İletişim araçları


Telefon:  012 210 00 99
Adres:  102A Cəlil Məmmədquluzadə küçəsi Bakı 1022