Header 1 - SEO-SEM kursuna qeydiyyat


Rəqəmsal dünyanın yeni layihəsi - “Header 1” #SEO və #SEM təlim kursuna qeydiyyat başladı!

“Header 1” daim öyrənməyə həvəsli olan marketinq menecerləri, sahibkarlar və Rəqəmsal Marketinqlə maraqlananlar üçün SEO (Search Engine Optimization) və SEM (Search Engine Marketing) üzrə #ödənişsiz təlim kursudur. Layihənin əsas məqsədi iştirakçıların sahə üzrə bilik və bacarıqlarının artırılması ilə onların bu sahədə ixtisaslaşmasına kömək etməkdir.

Layihə çərçivəsində seçilmiş 30 iştirakçıya 15 fevral – 15 mart 2020-ci il tarixlərində, SEO və SEM-lə bağlı nəzəri və praktiki olmaqla ümumilikdə 6 təlim keçiriləcək. Mənimsənilmiş biliklərin yoxlanılması məqsədilə layihə müddətində iştirakçılar komandalara bölünərək onlara tapşırıqlar veriləcək. Sonda ekspertlərin iştirakı ilə komandaların tamamladığı tapşırıqlar dəyərləndirilərək ən yaxşı (bacarıqlı, motivasiyalı) iştirakçılar seçiləcək. Seçilmiş iştirakçılar Azərbaycanda SEO xidməti göstərən şirkətlərə 3 aylıq #təcrübə proqramlarına yönləndiriləcəklər.

İştirakçıların seçim prosesi 2 mərhələdən ibarət olacaq:
1. Elektron müraciət;
2. Müsahibə.
Seçimlər iştirakçıların sahə üzrə biliklərinə və motivasiyasına əsasən aparılacaq.

“Header 1” Azərbaycan Gənclər Fondu-nun maliyyə dəstəyi, AYAFE Gənclər Təşkilatının təşkilati dəstəyi, Mediamark Rəqəmsal Agentliyinin, Elseo.az şirkətlərinin tərəfdaşlığı, buqelemun.com və edumap.az-ın media dəstəyi ilə həyata keçirilir.

Layihənin proqramı: http://bit.ly/header1-proqram
Layihədə iştirak üçün elektron müraciət formu: http://bit.ly/header1-qeydiyyat
Son qeydiyyat tarixi: 5 fevral, 23:59

Yeniliklərdən xəbərdar olmaq olmaq üçün sosial mediada bizi izləyin:
#Facebook: facebook.com/header1.az
#Instagram: instagram.com/header1.az


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Sosial fəaliyyət Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin
Самое последнее Объявления социальной деятельности
Useful English Tips & Career
 28 Март 2020