Средства связи
Телефон: 
+994502312258
Email: 
isazeynal@datasocool.com
Адрес: 
https://g.page/datasocool?share
Data SoCooldan yeni təcrübə proqramı


Data SoCool şirkəti Copywriter Intern elan edir!

Komandamıza Digital Marketingə maraqlı Copywriter Intern üzvü axtarırıq!

Biz bir az işkolik komandayıq, çox işləyirik, hər birimizin şəxsi inkişafımız, peşəkar inkişafımız üçün məqsədlərimiz var və ortaq dəyərimiz olan www.datasocool.com üçün məqsədlərimiz var, buna görə Data SoCool üçün çalışmağımızdan zövq alırıq.
Əgər dinamik, araşdırmaçı/öyrənməyə meyilli, yenilik etməyi sevən birisinizsə və Digital Marketing sahəsində karyera qurmaq istəyirsinizsə, bu sizin üçün çox yaxşı başlanğıc imkanı ola bilər.

Deməli, biz nə vəd veririk:
- Bir neçə ay sonra DM-də- birbaşa SMM-də real təcrübə;
- Digital Marketingin müxtəlif toolları üzrə öyrənməyiniz və tətbiq etməyiniz üçün peşəkar inkişaf imkanları;
- 24/7 açıq, rahat, ilhamverici ofis.

Öhdəliklər(öyrədiləcək):
- SMM üçün kontentlərin yazılması (dizayner üçün visual brief&post text)
- Həftəlik, post plan hazırlanması;
- Digər tanıtım vasitələri üçün kontentin hazırlanması;
- Youtube və SMM SEO

Sizdən tələblərimiz:
- DM/SMM/Copywriting sahəsində karyera hədəfi
- Məsuliyyətli olmaq;
- Öyrənməyə açıq;
- Çalışqan olmaq;
- Texnologiya və data sahələrinə maraq;
- İngilis dili biliyi.
Biz deadlinelar üzrə çalışan komandayıq, lakin komanda ruhunun formalaşması üçün ilk 2 həftə ofisdə biryerdə işləmək şərtdir. Təcrübə müddəti 3 aydır.
Ofis Baku Media Centerdə- Badamdardda yerləşir.
Xəritə: https://g.page/datasocool?share
Təcrübə ödənişsizdir.

Müraciət etmək üçün rezümenizi, son bir ildəki fəaliyyətiniz haqda detallı yazaraq isazeynal@datasocool.com ünvanına göndərin.
Təəssüf ki, vaxtımız azdır və DEADLİNE 27 AVQUST 23:59-dur.
Qeyd: Son bir ildəki fəaliyyətiniz haqda qeyd məlumat göndərilməyən müraciətlərə baxılmayacaq.

Haqqımızda:
https://www.facebook.com/datasocool
http://datasocool.com

#DataSoCool #DataAzərbaycan #LearnData #InternWantend


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Средства связи


Телефон:  +994502312258
Email:  isazeynal@datasocool.com
Адрес:  https://g.page/datasocool?share
Самое последнее Təcrübə proqramları
Aztelekom MMC təcrübə proqramı