Çap tarixi
2007
Müəllifi
V.İ.Əhmədov
Dil
Azərbaycan
Janr
Dərslik
Format
PDF
Metal və ərintilərin elektrik xassələrinin fiziki tədqiqat metodları

Metodik göstəriş metal və ərintilərin elektrik xassələrinin öyrənilməsinə və elektrik müqavimətinin ölçülməsi metodlarına həsr edilmişdir. Bu üsul metal və ərintilərdə faza çevrilmələrini, incə quruluş qüsurlarını, konsentrasiya asılılıqlarlnı dəqiqliklə öyrənməyə imkan verir. Metodik göstərişdə, baş verən fiziki hadisələrin düzgün başa düşülməsi üçün nəzəri məlumat və izahat da verilmişdir.

Metodik göstərişdə, metallofiziki tədqiqtlar zamanı geniş tətbiq edilən voltmetr-ampermetr, körpü, kompensasiya və elektrik müqavimətinin kontaktsız ölçülməsi metodlarının müxtəlif variantlarına baxılmışdır. Metodik göstərişdə, həmçinin öyrənilən nümunələrin ölçüləri, forması, metodun həssaslığı haqqında məlumat verilmiş, ölçmə zamanı istifadə edilən qurğuların prinsipial sxemləri təsvir edilmiş və izahat verilmişdir. Metodik göstəriş ali təhsilin bakalavr pilləsində metalşunaslıq və metallar fizikası ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

Çap tarixi
2007
Müəllifi
V.İ.Əhmədov
Dil
Azərbaycan
Janr
Dərslik
Format
PDF