Çap tarixi
2011
Müəllifi
A.Mehdiyev, A.İsmayılov
Dil
Azərbaycan
Janr
Coğrafiya
Format
PDF
Coğrafi informasiya sistemləri

Dərslikdə Coğrafi İnformasiya Sistemlərinin (CİS) yaranması, əsas ideyası və mahiyyəti şərh olunmuşdur. CİS mühitində coğrafi obyektlərin verilməsi, verilənlər bazasının yaradılması şərtləri, məlumatların formatları, təhlil imkanları misallarla izah olunmuşdur. Müasir dövrdə bu sahədə istifadə olunan əsas proqram və aparat təminatları haqqında zəruri məlumatlar verilmişdir. CİS-in imkanları, alətlər dəsti və tətbiq sahələri ətraflı izah olunmuşdur ki, müəlliflərin fikrincə, bu da öz növbəsində CİS mühitində işləmək bacarığının aşılanması baxımından faydalıdır.

Dərslik, Coğrafi İnformasiya Sistemləri kursunun tədris edildiyi ali məktəb tələbələri və magistrləri, həmçinin ən müxtəlif sahələrdə çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Dərsliyin yazılmasında CİS üzrə tanınmış şirkətlərin çap və internet resurslarından, illüstrasiya materiallarından istifadə edilmişdir.

Təqdim olunan dərslikdə respublikamızda Coğrafi İnformasiya Sistemləri üzrə ilk dərslik olduğuna görə, bəzi qüsurların olması mümkündür. Ona görə də dərslik haqqında müəlliflərə ünvanlanacaq irad və təkliflər gələcək nəşrlərdə nəzərə alınacaqdır. Kursun tədrisində müasir elektron avadanlıqlar və proqram təminatlarından əyani vəsait kimi istifadə edilməsi məqsədəmüvafiqdir.

Çap tarixi
2011
Müəllifi
A.Mehdiyev, A.İsmayılov
Dil
Azərbaycan
Janr
Coğrafiya
Format
PDF