This Company About
Contact tools
Phone: 
(012) 505 14 14
Emai: 
info@yarat.az
Address: 
Sabail district, E119 Highway, AZ1003 Bakü
YARAT Ədəbiyyat Klubu "Sevil" oxuması


İsmayıl İman
"Sevil"
Əşrəf Muradın xatirəsinə ithaf olunur
Qiraətçilər: Zaur Şəfiyev və Oleq Əmirbəyov

İyunun 13-ü, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində yazıçı və dramaturq İsmayıl İmanın yazdığı "Sevil" hekayəsinin oxuması baş tutacaq. Hekayə rəssam Əşrəf Muradın (1925-1979) xatirəsinə həsr olunub və onun bioqrafiya faktlarına əsaslanır.

"Sevil" – Əşrəf Muradın sevgi hekayəsidir. O, bu sevgini həyatı boyunca yaşadıb. İsmayıl İmanın hekayəsini rəssamın həyat və yaradıcılıq yolunun bədii mənalandırılma cəhdi adlandırmaq olar. Burada həm gerçək hadisələr, həm də uydurulmuş süjet xətləri birləşir. Mətnin əsas tərkib hissəsini Əşrəf Muradın öz sevgilisinə yazdığı məktub təşkil edir; bu məktub, rəssamın rəsm əsərləri ilə birgə, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində, "Sevgi və etiraz" retrospektiv sərgisi çərçivəsində təqdim olunur.

"Sevil" hekayəsinin ilk ictimai təqdimatı aktyorlar Zaur Şəfiyev və Oleq Əmirbəyovun iştirakı ilə keçiriləcək.

13 iyun, saat 19:00
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Giriş sərbəstdir

_________
Исмаил Иман
«Севиль»
Памяти Ашрафа Мурада
Читают Заур Шафиев и Олег Амирбеков

13 июня в Музее Живописи Азербайджана XX-XXI веков состоится читка рассказа писателя и драматурга Исмаила Имана «Севиль». Рассказ посвящен памяти художника Ашрафа Мурада (1925–1979) и основан на фактах его биографии.

«Севиль» — история любви Ашрафа Мурада, которую он пронес через всю свою жизнь. Рассказ Исмаила Имана — попытка художественного осмысления жизненного и творческого пути художника, в которой переплетаются как реальные события, так и придуманные сюжетные линии. Центральной составляющей текста стало письмо Ашрафа Мурада своей возлюбленной, которое наряду с картинами художника представлено в Музее живописи в рамках ретроспективной выставки «Любовь и протест».

Первое публичное чтение «Севиль» состоится с участием актеров Заура Шафиева и Олега Амирбекова.

Дата: 13 июня, в 19:00
Музей Живописи Азербайджана XX-XXI веков
Вход свободный

_________
On June 13 Azerbaijan Museum of Painting of the XX-XXI centuries will host the reading of a short story by the writer and playwright Ismail Iman.
"Sevil" is a tribute to the artist Ashraf Murad (1925–1979) and is based on the real facts from the artist’s biography.

"Sevil" is a story Ashraf Murad’s lifelong love and passion. The writer Ismail Iman makes an attempt to explore the artist’s life and career, where real events and imaginary storylines intertwine. The story focuses on Ashraf Murad’s letter to his beloved, the text featured as a part of Love and Protest retrospective at the Museum of Painting.

Date: June 13th, 7 pm
The Museum of Azerbaijani Painting of the XX-XXI Centuries
Free admission

 


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:
ThisAbout

Contact tools


Phone:  (012) 505 14 14
Emai:  info@yarat.az
Address:  Sabail district, E119 Highway, AZ1003 Bakü