Müəllifin saytda yayımlanan 2 yazısı var
Müəlliflə əlaqə vasitələri
Telefon: 
0554777309
Email: 
azemammadli@buqelemun.com
Universitet və zehni sağlamlıq haqqında

Tələbələrin universitet və zehni sağlamlıq haqqında nələri bilməyi lazımdır?

Sağlam qidalanın, yaxşı yaşayın və çətin zamanlarda kömək istəməkdən çəkinməyin.

Universitetə getmək olduqca həyəcanverici bir andır; siz yeni və maraqlı insanlarla qarşılaşacaq, sərbəst olacaq və şübhəsiz ki, həyatınızın geri qalan hissəsi üçün təcrübə qazanacaqsınız.

Lakin coğrafi yaxud akademik cəhətdən belə böyük addım atmaq həm də gərgin ola bilər.

Mən universitetin Tələbələrə Dəstək şöbəsinin rəhbəri olaraq tələbələrin evlərindən uzaqdakı həyata öyrəşərkən qarşılaşdıqları çətinliklər barədə dediklərini dinləmişəm. Sizin universitet barədə narahatlığınızdan asılı olmayaraq qarşılaşdığınız çətinliklərə özünüzü hazırlaşdıra və bunların öhdəsindən gələ biləcəyiniz üçün bir  neçə addımlar mövcuddur.

Bu addımları yadda saxlamaq lazımdır, çünki, əgər gərgin vəziyyətlər idarəolunmaz hala gələrsə, onlar bəzən daha da çoxala və hətta zehni xəstəliyə səbəb ola bilər.

Başlamaq üçün ən düzgün addım yola çıxmazdan əvvəlki hazırlıqdır. Gedəcəyiniz qəsəbə, şəhər yaxud məkan haqqında getməmişdən əvvəl məlumatlı olmaq sizə kömək edə bilər.

Şəhər mərkəzinin sizin yaşadığınız yer və universitet şəhərciyi ilə müqayisədə harada yerləşdiyini öyrənin. Piyada gedə biləcəyiniz məsafədədir mi? Əgər  belə deyilsə, getməzdən əvvəl nəyi gözləməli olacağınızı bilməyiniz  üçün ictimai nəqliyyatı araşdırmaq yaxşı fikirdir.

Həkim müayinəsi ilə bağlı qeydiyyatdan keçmək də yaxşı fikirdir. Xəstə olacağınız günü gözləməyin – özünüzü narahat hiss etdiyiniz halda blank doldurmağınız heç xoş olmaz.

Bundan əlavə sizə daha yaxın olacaq çevrənizdə sizi kimin və nəyin gözlədiyini də araşdıra bilərsiniz. Mən universitetə gedəndə otaq yoldaşlarım ilə çatdığım zaman tanış olmuşdum.

Hal-hazırda siz sosial media qruplarına qoşula, yuxarı kurs tələbələri ilə əlaqə yaradaraq universitetdə kimlərin olacağını öyrənə və hətta əşyalarınızı yığıb qutarmadan əvvəl kurs üçün hazırlıq görə bilərsiniz.

Burada sizin dostunuz texnologiyadır; əlaqələr qurmaq, sizinlə həmfikir olan insanlarla tanış olmaq və universitetin təqdim etdiyi dəstək xidmətləri haqqında məlumat almaq üçün vaxtınızı keçirin. Siz gəldikdən sonra araşdırma turu hazırlayıb bu xidmətlərin universitet şəhərciyində harada yerləşdiyini öyrənə bilərsiniz.

Bacardığınız qədər fəal olun. Müntəzəm olaraq idmanla məşğul olmaq özünəinamı artıra və fikrinizi cəmləşdirməyinizə, daha rahat yatmağınıza və özünüzü daha yaxşı hiss etməyinizə kömək edə bilər. İdmanla məşğul olmaq beyin və digər əsas orqanları sağlam saxlayır və bu, sizin zehni sağlamlığınız üçün də vacibdir.

İdmanla məşğul olmaq qaçış zolağında kilometrlərlə qaçmaq demək deyildir. Küçə rəqsi,

rock’n roll dərsləri, özünümüdafiə, əyləncə və ya rəqabət xarakterli idman növü ilə də məşğul olmaq sizə istədiyiniz məmnunluğu verə və sizi formada saxlaya bilər.

Düzgün qidalanma və müntəzəm olaraq maye qəbul etmək də vacibdir, çünki hər ikisi zehni sağlamlıqda uzunmüddətli təsirə malikdir. Sizin beyninizin sağlam qalmağı və yaxşı fəaliyyət göstərməyi üçün maddələr qarışığına ehtiyacı vardır.

Sağlam bir pəhrizə müxtləlif növ meyvə və tərəvəz, bütün növ taxıl bitkiləri, qoz-fındıq, bəzi süd məhsulları, yağlı balıqlar və bol miqdarda su daxildir. Bəzən normal miqdarda spirtli içki için; həddindən artıq spirtli içki sizin zehni və fiziki sağlamlığınıza pis təsir göstərə bilər – hələ sizə maddi cəhətdən vurduğu zərbəni qeyd etmirik!

Siz öz bacarıqlarınızı daha geniş şəkildə bölüşə və bəzi könüllü işlərlə məşğul ola bilərsiniz.

 Əksər universitetlər tələbələrə bunu etməyə imkan yaradacaqdır və bu, özünüzü dəyərli hiss etdirə, özünəinamı artıra və yeni qəsəbə yaxud şəhərinizdə yerləşməyinizə kömək edə bilər. Bu həmçinin fərqli mövqedən qarşılaşdığınız problemləri həll etməkdə və yaxud onları dəyərləndirməkdə sizə imkan yarada bilər və iş müraciətlərinə gəldikdə isə bu, sizin CV-nizdə mükəmməl görünəcəkdir.

Tələbələrin sağlamlıq məsələlərini öz üzərinə götürməklə bərabər universitetlər təqdim etdikləri xidmətlərin yetərli olmağını təmin etməkdə də məsuliyyət daşıyır.

Bu, hər kəsə uyğun formada deyil, hər bir tələbənin ehtiyaclarını qarşılayacaq və məqsədlərinə uyğun olan dəstək xidmətləri deməkdir. Bedfordshire Universitetində bu kimi əksər xidmətlər yüksək səviyyədədir və bu xidmətlərə tələbələrə dəstək olmaq üçün istifadə olunan zehni sağlamlıq məsləhətçiləri və ixtisaslı məsləhətçilər daxil olacaq.

Ruhi xəstəliyi olan tələbələr Qüsurlu Tələbələrə Yardım qurumu vasitəsi ilə əlavə dəstək haqqı qazana bilərlər, odur ki, bu, universitet qruplarının prosesləri yaxşı başa düşməyində və qaydalar dəyişdiyi zaman yenilənmə kursları hazırlamağında vacibdir.

Universitet həm zehni, həm də akademik cəhətdən inkişaf mərhələsi və həyəcanverici bir zaman olmalıdır. Ancaq özünüzü pis hiss etdiyiniz anda hislərinizi kiminsə ilə paylaşmağı məsləhət görərdim. Bunun üçün özəl birinə ehtiyac yoxdur, sadəcə səmimi bir söhbətin yaranmağını gözləyin; dostcasına bir söhbətin yarada biləcəyi fərq sizi təəccübləndirəcəkdir.

Aslan Mammadli | Managing Director at Buqelemun LLC

Müəllifin saytda yayımlanan 2 yazısı var

Müəlliflə əlaqə vasitələri


Telefon:  0554777309
Email:  azemammadli@buqelemun.com
Müəllifin digər yazıları