Müəllifin saytda yayımlanan 2 yazısı var
Reklam verərkən rast gəlinən problemlər

Sosial Media’da reklam verərkən rast gəlinən 3 texniki problem

Sosial media reklamları gün keçdikcə bizə daha çox imkanlar verməsi ilə yanaşı funksionallığının artması və zaman zaman texniki problemlərin yaranması istifadəçiləri çətin vəziyyətə salır. Bu yazıda istifadəçilərin ən çox soruşduğu sosial media reklamları ilə bağlı texniki problemlərdən danışacağıq.

İstifadəçilərin reklam yaradarkən rastlaşdığı bəzi problemlər Facebook, Instagram, Google kimi platformaların özündə olan texniki problemlərdən qaynaqlanır. Bildiyimiz kimi adıçəkilən platformlarda milyardlarla istifadəçi var və bu platformaları işlək vəziyyətdə saxlamaq heç də asan deyil. Təbii olaraq, bəzən bu platformalarda texniki problemlər yaranır. Amma bu problemlərin əksəriyyəti ictimaiyyətə açıqlanmır. İstifadəçilər də reklam yaradarkən hansısa problemlə qarşılaşdıqda bunu öz səhvləri kimi qəbul edir və narahatlıq keçirirlər.

 Reklam hesabına girişlə bağlı problemlər

Bir neçə gün öncə Instagram-da reklam yaradarkən belə bir problemlə qarşılaşdım. Mesaja baxın: “Orxan Rzayev profili Orxan Rzayev reklam hesabında admin deyil deyə reklam yerləşdirməyə icazə verilmir”. Göründüyü kimi mesaj absurddur, çünki siz profilinizdə reklam yaradırsınızsa avtomatik olaraq o reklam hesabının admini olursunuz.

Bəs məsələnin əsli nədir? Orxan Rzayev reklam hesabına borc yaranıb, buna görə mənə reklam yaratmağa icazə vermir. Əslində mesaj belə bununla bağlı olmalı idi. Amma Facebook-da (Instagram-da) bu işdən məsul olan əməkdaş yuxulumu olub, ya tələskənlikdənmi olub, bu problem çıxanda istifadəçiyə göstərməli olduğu “Borcunuz var deyə reklam verə bilmirsiz” mesajı əvəzinə “Adminliyiniz yoxdur deyə reklam verə bilmirsiz” mesajı qoyub.

Bu, sırf Facebook əməkşdaşının diqqətsizliyi ilə bağlıdır. Amma əksər istifadəçilər reklam platformasına çox da dərindən bələd olmadığı üçün belə halda nə baş verdiyini anlamırlar.

Reklam hesabının blok olunması

Yenə bir neçə gün öncə səhər işə gələndə baxdıq ki, Mediamark’ın reklam hesablarından biri blok olunub. Halbuki blok olunacaq heç bir fəaliyyət olmayıb. Dərhal Facebook’a müraciət etdim və araşdırılmasını xahiş etdim. Cəmi bir neçə saat sonra gördüyünüz bu mesaj gəldi. Texniki problem ya hansısa anlaşılmazlıq üzündən blok olunduğu bildirildi, üzrxahlıq edilərək dərhal hesabımız aktivləşdirildi.

Amma hesabın blok olunması az hallarda texniki problemlə bağlı olur. Əksər hallarda bu, sizin reklam qaydalarını pozmağınız səbəbindən baş verir. Buna görə də paylaşım edərkən və reklam yerləşdirərkən diqqətli olun.

Paylaşılan kontentin reklama qəbul olunmaması

Bəzən səhifədə paylaşdığımız videonu reklama qoymaq istəyirik, Facebook icazə vermir və mesaj gəlir ki, Facebook-un təyin etdiyi reklam qaydalarından birini və ya bir neçəsini pozmusunuz. Siz də baxırsız ki, müəllif hüququ pozulmalı bir hal yoxdur, videonun uzunluğu, başlığı və s. həmişə etdiyiniz cürdür, anlamırsınız ki, niyə bu problem yaranıb.

Bu da sırf Facebook-da baş verən ləngimə və s. texniki problemlə bağlıdır (əgər doğrudan da paylaşımınızda qaydalara zidd heç bir əsas yoxdursa). Yəni siz heç nəyi səhv etməmisiniz əslində. Elə olduqda bir neçə dəqiqə sonra yenidən eyni cür reklam yaradın, adətən problemsiz qəbul olunur reklam.

Mütəmadi olaraq bunun kimi müxtəlif texniki problemlər yaranır ki, belə hallarda ya bir müddət sonra yenidən cəhd edin, ya da Facebook/Instagram Yardım Mərkəzinə müraciət edin.

Orxan Rzayev | Managing Director at Mideamark

Müəllifin saytda yayımlanan 2 yazısı var
Müəllifin digər yazıları