Müəllifin saytda yayımlanan 2 yazısı var
Personal Branding üçün vacib olan 6 vasitə

Personal Branding üçün vacib olan 6 vasitə

Keçmişdə şahlar, ağlar sonra feodallar, mülkədarlar, sonra krallar, prezidentlər və moderin çağda yaşayan hər kəs kütlə içərisində hər zaman özünə və işinə diqqət yaratmaq çünü ciddi imic işləri görməyə məcbur qalıblar. Moderin dövrün və marketinqin inkişafı ilə “Personal Branding” yarandı və ortaya Brandmaker lər çıxdı. İnternetin daha sürətli inkişafı ciddi rəqabət ortamı yaratdığına görə artıq insanlar öz güclü peşə bilik və bacarıqlarının tanınmaqları üçün yetinməyini bilib bunul brendləşdirib bazara çıxarmağa məcbur qaldılarr.

İndi elə bir zamandır ki, artıq personal brandmaker iniz olmadan da öz brendiqiniz edə bilərək öz brandmakerniz ola bilərsiniz. Necə?

Bu dəfə bu bloqda Dünyaca məhşur brandmaker Micheal Port un yazılarından və araşdırmlarından çıxardığım qısa özətlə Personal Branding üçün lazım olan 6 vasitə sizinlə bölüşəcəm.

  1. Profssional e-poçtunuz olsun: Statstika göstərir ki, mail göndərilərkən ilk baxılan sizin mail ünvanızın addır. Əslində ayka@mail.ru zarchik@box.az kimi adlar sizin ilk andan artıq bu işdən və maildən əlinizi üzün deyir. Ən yaxşı mail əgər sizin sayt adınız varsa onunla açılan maildir. Məsələn: contact@faridma.com . Əgər şəxsi sayt adınız yoxdursa o zaman meherremli@gmail.com kimi adlar sizin üçün ən yaxşı seçimdir. Çalışın maillərinizdə Ad Soyadınızdan istifadə edin. Mail adlarınızda rəqəmlərdən istifadə etməyiniz tövsiyyə edilmir. Məsələn: ferid.meherremli.94@gmail.com ( Uşaq vaxtı bir səhv idi etmişdim onda bilmirdim belə şeylər )

 

  1. Keyfiyyətli vizitkartınız olsun: Bu evdə və ya padvallarda olan çap evlərində üzü laminasyalı avtobus şoferlərinin vizitkartından deyil səliqəli sadə, sabit şiriftlərlə haqqınızda, mail, əlaqə nömrəniz, peşəniz və Ad Soyadnız olan bir kart olması yetərlidir. Vizitkartda qeyri-adi nəsə etməyə ehtiyac yoxdur. Vizitkart informasiya xarakterli kağızdır. Üzərində Davinci işi görmək lazım deyil. Bunu hazır freepik kimi vizitkart saytlarından və ya freelancerlərə müraciət edərək düzəltdirə bilərsiniz. Toplam 250 vizitkart və dizayn 35-40 manatdan baha olmayacaq.

 

  1. Bir web saytınız yoxdursa mütləq başlayın: Xaiş edirəm özünzüə sayt açın deyildiyində wordpress,wix,blogspot, medium kimi hazır sistemlərdə öz tərzinizcə bloq açmayın. Bu sizi peşakar göstərmək əvəzinə utandıra bilər. Bir peşakar agentliyə verə bilərsiniz. Özünüzə şəxsi domen alırsınız daha çox ad soyaddan istifadə olması məsləhət görülür. Məsələn hesenrazayev.com və ya rzayev.com. Domenləri com ilə almanız məsləhətlidir.(net, info istifadə edə bilərsiniz. İşinizə görə dəyişə bilər) Əks halda az domeni istifadə edə bilərsiniz əgər axtardığınız adın com ilə olanı alınıbsa. Bir presonal saytın orta yığılma qiyməti 400-500 manata başa gəlir.

 

  1. Profissonal çəkilməş şəkillər istifadə edin: Sosial media artıq bizim Cv rolmuzu oynadığına görə insanlar profilimizdə gəzərək bizim haqqımızda rahat bilgiyə sahib ola bilirlər.Selfilər, denizdə çəkilmiş dostlarla kef şəkili, bulanıq keyifiyyətsiz şəkillər sizin insanlar yanında heç zaman diqqətiniz artırmayacaq. Buna görə saytınızda və sosial media hesablarnızda çalışın profssional kamera ilə çəkilmiş şəkillərdən istifadə edin. Bu sizə böyük etibar qazandıracaq. 50-60 manata hətta fotosessiya etdirə bilərsiniz.

 

  1. Şəxsi Həştəqiniz olsun: Moderin dövürdə həştəqlər günümüzün vaz keçilməzidir. Ümumi həştəqlərdən savayi sizi xatirladan bir şəxsi həştəqiniz olsun. Bu sizə yeni kütlə yaradacaq və insanların sizlə əlaqəyə keçməsində vasitə olacaq. Belə həştəqlər daha çox yumoristik və ya çalışma sektoru ilə bağlı olur. Yerli bazarda olan həştəqlər Məsələn: #vessalamda #yeyifishmek #ishgedir #bazaradami #gulbashimiza #bosskimi və.s

 

  1. Geyminizdə və ya görnüşünüzdə özəl nüansınız olsun: Yəqin ki, fikir veribsiniz Jobs həmişə qara köynək geyinərdi, Zakerberq həmişə boz tishort geyinir. Trump qırmızı kalustuk taxır. Hətta uzaq keçmişə baxsaq Hitler fırça bığ, Fidel kastro uzun saqqal saxlayardı Sülyman Demirəl Aerodrom papaq taxardı. Bu nüans onlarda ona görə yaddaşda qalıb ki, bütün həyatları boyu o tərzi özlərində saxlayıblar. Siz də məsələn həmişə palıd şalvar geyinə bilərsiz, özəl parfüm, özəl aksessuar istifadə edəbilərsiniz və ya həmişə başınızda kepka ola bilər. Bu o deməkdir ki, başqalarında və ya bir yerdə bir kepka görsələr o an bilinç altında ağıla siz gələcəksiniz.

 

Əziz oxucu bu yazını bura qədər gəlib oxuduğuna görə təşəkkürümü bildirirəm. Ümid edirəm bu yazı sənin üçün faydalı oldu. Sizlərin oxuması və müsbət rəyləri növbəti yazıları üçün mənim üçün ən böyük motivasiyadır.

Personal brendiqinizlə bağlı hər hansı bir texniki köməkli və ya əməkdaşlıq etmək istəsəniz bu bloq üzərindən əlaqə saxlaya bilərsiniz.

Farid Maharramlı | Founder at Marketinghub

Müəllifin saytda yayımlanan 2 yazısı var
Müəllifin digər yazıları