Müəllifin saytda yayımlanan 2 yazısı var
Müəlliflə əlaqə vasitələri
Telefon: 
050 710 81 29
Email: 
azerrzayev17@gmail.com
Oyun sektorunda Datanın tətbiqləri

Oyun sektorunda Datanın tbiqləri

Son dövrlərdə dünya üzərində ümumi olaraq 2 milyarddan artıq aktiv videooyun istifadəçiləri mövcuddur və bu qrup istifadəçilər təxmini olaraq hər gün 50 terabayta qədər informasiya generasiya edirlər. Son onilliyin statistikasına əsasən oyun sektoru və yaxud oyun sənayesi olaraq adlandırılan böyük həcmli massivə sahib sahənin maliyyə gəlirləri film sektorunun ümumi gəlirlərindən daha çoxdur. Oyun sənayesi hər gün daha sürətlə inkişaf etməyə davam edir və nəticə olaraq Big Data texnologiyalarının tətbiqinə tam olaraq ehtiyac yaradır. Oyun sənayesi Big Datadan istifadə edərək milyardlarla müştərinin oyun aktivliyinin həyata keçirilməsi və Data Analitikası vasitəsi ilə xərcləri azaldaraq uyğun istifadəçi üçün uyğun reklamın yaradılması ilə oyun təcrübələrinin optimallaşdırılmasını həyata keçirir. İstənilən oyun sektorunda fəaliyyət göstərən şirkət və ya təşkilat üçün həmçinin istifadəçinin 360 dərəcə baxışı adlandırılan faktoru da vacibdir. Yəni hər bir istifadəçi üçün oyunun vizual effektinin və keyfiyyətinin baxışı nəzərdə tutulur. Hər bir istifadəçinin oyun zamanı böyük həcmli metaverilənləri yaranır və bu online olaraq Facebook üzərindən və ya offline rejimdə Playstation üzərindən ola bilər. Oyunun aktiv olaraq istifadə olunması müddətindən başlayaraq milyonlarla verilən müxtəlif formatlarda hər saniyədə istifadəçi tərəfindən hər oyun cəhdində yaranır. Korporativ Oyun şirkətləri üçün istifadəçilərin maksimal dərəcədə reallıqla təmini vacib məsələdir və bu halda virtual profilin istifadəçi üçün təşkili həyata keçirilir. Data Analitikası istifadəçi ilə oyun arasında davamlı aktivliyi artırmaq üçün eyni zamanda şirkətin gəlirlərinin artırılması üçün vacib öhdəlikləri icra edir. Beləki, Analitiklər oyun prosesini istifadəçi tipinə uyğun olaraq analiz edir və oyunun hansı mərhələsində istifadəçinin oyunu tərk etdiyi və həmin situasiyadan asılı olaraq aktivlik müddətini artırmaq üçün ilk səviyyələr uygun olaraq asan və ya çətin olmaq üzrə qruplaşdırılır. Data Analitikası tətbiqi  vasitəsi ilə oyunda zəif hissələrin müəyyən edilməsinə gətirib çıxardılır və hansı ki bu mərhələdə istifadəçi sayının azalması kimi problemləri aradan qaldırmaqda effektli nəticələr əldə olunur. Günümüzdə oyun analitikasından istifadə vasitəsi ilə qlobal istifadə dərəcəsinə sahib məhsulları uğurlu vaxtda və uyğun istifadəçi üçün online olaraq müvafiq reklamların tətbiqi ilə daha da populyarlaşdırmaq mümkündür. Big Data texnologiyası korporativ oyun şirkətləri üçün düzgün və ehtiyac duyulan infrastrukturu təmin etmək iqtidarına sahibdir. İstifadəçilərin sayından asılı olaraq eyni zamanda onların oyun performanslarının qeydlərindən çıxan analizlər vasitəsilə lazım olan zəif və çətin məqamlar oyun konteksinə tətbiq olunur. Bu proses məhz Big Data texnologiyasının əsasında metaverilənlərin emalı nəticəsində həyata keçirilir. Terabaytlara qədər yüksələn istifadəçi və oyun verilənləri günümüzdə PAAS/IAAS arxitekturasına əsaslanan bulud texnologiyasında saxlanılır və bu datanın vizual olaraq analizi üçün daha əlverişli zəmin yaradır. İstifadəçi ilə oyun interfeysinin daha asan və sürətli optimallaşdırılması və əhəmiyyət kəsb edən verilənlərin müəyyənləşidirilməsi üçün müxtəlif kitabxanalara sahib alqoritmlərdən istifadə olunur. ( məsələn: H2O, Scikit Lean) İstifadəçi tərəfindən maraqla qarşılanan tətbiqlərin analiz edilməsi developerlərə son istifadəçilər üçün effektli oyun mühitinin yaradılmasına kömək edir. Big Datanın oyun sektorunda tətbiqi qurucular üçün daha yaxşı istifadəçi təcrübəsinə malik profil qazandırır.

Oyun sahəsində Data Analitikası vizual servisin işləmə qabiliyyəti, məlumatların emal olunması, istifadəçi üçün informasiya tutumu və onun üstünlüklərinin müəyyənləşdirilməsi kimi öhdəliklərə sahibdir. Analitiklər Data Analizi texnologiyasından istifadə edərək mürəkkəb sturukturda qurulmuş məlumatlar arasından faydalı, əlaqəli və trenddə olan məsələni modifikasiya edərək oyun sektorunda istifadəçi dostu servisinin yaradılması üçün bələdçi ola biləcək avtomatlaşdırılmış performans yaradır. Hal-hazırki dövrdə, ağıllı Süni İntellekt sistemlərinin yaradılması sayəsində daha asan və sürətli nəticəlik xassələrinə malik alqoritmlərin meydana çıxmasına gətirib çıxardı. Data alimləri milyardlarla oyun mənbələri arasında dərin öyrənmə metodunu yəni Deep Learning metodunu tətbiq edərək daha perspektivli və ümumiləşdirilmiş oyun layihələrini istər indiki istərsə də gələcək üçün yaratmaqdadırlar.

Oyun dizaynı bu sektorda istifadəçilərin oyuna aktiv olaraq cəlb edilməsi üçün digər bir prioritetlərdən hesab olunur. Və bu məqamda yenidən Deep Learning metodologiyası tətbiq olunur. Belə ki, bu metodologiya vasitəsi ilə insan ve obyektin fiziki xassələrinin maksimal dərəcədə düzgün hesablamalarla və nəzərə alına biləcək bütün mümkün variantlar tətbiq edilməsi ilə oyunlar yaradılır. Data təhlükəsizliyi istənilən sahə üçün ciddi məsələ olduğu kimi eyni zamanda oyun sektorunda da eyni dərəcədə əhəmiyyət kəsb edir. Beləki, Data mühafizəsi böyük həcmli verilənlər bazasında yüksək məhsuldarlıq və maliyyə tələb edir. Məhz bu baxımdan Machine Learning alqoritmləri Oyun sektorunun yüksək səviyyəli mühafizə vasitəsi kimi tətbiq olunur. Machine Learning alqortimləri vasitəsilə tranzaksiyalar və məlumat mübadiləsi maksimum dərəcədə sürətli və etibarlı həyata keçirilir. Yekun olaraq, Data Science yeni dövrün bütün sahələrində sənayeləşən bir elmdir və həmçinin funksiyaları, strategiyaları və metodları ilə oyun sektorunun inkişafının böyük inteqral hissəsidir.

Müəllifin saytda yayımlanan 2 yazısı var

Müəlliflə əlaqə vasitələri


Telefon:  050 710 81 29
Email:  azerrzayev17@gmail.com
Müəllifin digər yazıları