Müəllifin saytda yayımlanan 1 yazısı var
Moda nədir ?

Moda nədir – Modanı davamlı izləyən və ya izləməyən hər kəs moda kəlməsinin sadəcə geyim tərzini ifadə etdiyini düşünur. Bəziləri isə bu ifadəni çox işlətməklərinə baxmayaraq,nə mənaya gəldyini tam olaraq bilmir .Sevimli oxucularımız,gəlin tez-tez eşitdiyimiz bu sözün mənasını tam anlayaq .
Moda sözünün kökü latın sözü olan ‘modo’ sözünden gəlir .Bu söz latıncada ‘elə bu dəqiqə’ mənasını verir.Moda söz mənasıyla cəmiyyətin istehlak trendlərini təyin edən istehlak anlayışı olaraq tanımlanır.Italyancada dəyişiklik ehtiyacı və ya bənzəmə özəntisi ilə cəmiyyət həyatına girən müvəqqəti yenilik olaraq keçməkdədir.Modanın bir digər mənası da müəyyən bir müddət təsirli olan ictimai bəyənmə,bir şeyə qarşı göstərilən həddindən artıq maraqdır. 
Bəs moda sadəcə geyim sektorundadırmı?

Əksəriyyətin belə düsünməsinə baxmayaraq qeyd etmək istəyirəm ki,moda teatr,musiqi,ədəbiyyat,yemək,memarlıq kimi bir çox sahələrdə də yer almaqdadır.Məsələn, hardasa 1-2 il bəlkə də 3 il bundan oncəyə qədər kitab oxuyan insanlar cemiyyetimide az idi.Ve dusunurem ki ,ekseriyyet ‘kaski kitab oxumaq da moda olsaydi’ basliqi altinda yazılan statusları xatırlayır.Və zaman gəldi #shareyourbooks kompaniyası basladı ve artıq hərkəs öz kitabının şəkilini çəkib internet səhifələrində paylaşmağa başladı .Cəmiyyətdə yeni bir trend dalğası yarandı .Və nəhayət kitab oxumaq da moda oldu .Çoxları indi düşünecek ki,moda üçün kitab oxumağın nə mənası var.Bir şey moda xatirinə edilirsə ‘xeyirsizdir’ düşüncəsi cəmiyyətimizdə populyar düşüncədir.Bunun isə səbəbi əksəriyyətin moda sözünün mənasını bilməməsidir . Halbuki moda insanın düşüncə və zövqlərinin dəyişməsi nəticəsiylə qəbul edilə bilən bir məfhumdur.Məsələn biri gəlir bu yeniliyi gətirir ,gələn yenilik cəmiyyət tərəfindən sevilir ve bu moda halını alır.Bu səbəblə moda xatirinə belə olsa kitab oxumaq faydalıdır☺Çünki moda belə olsa ,sevmədiyimiz şeyləri etməyimiz qeyri-mümkün olardı .Sevimli oxucularım hamınıza modalı günlər arzulayıram © jalileaa


Jale Alizade | Fashion Blogger

Müəllifin saytda yayımlanan 1 yazısı var