Müəllifin saytda yayımlanan 1 yazısı var
Müəlliflə əlaqə vasitələri
Email: 
h.hasan31326@gmail.com
Kredit Reytinq Agentlikləri nədir

Son 10 ildə əsasəndə Qlobal Krizin dərinləşməsi nəticəsində əsas danışılan
məsələlərdən biri də Kredit Reytinq Agentlikləri olmuşdur. Buna görə də Kredit
Agentlikləri güvənini geri qazandırmaq məqsədi ilə yeni tənzimləmələr etmişdir.

Bəs Kredit Reytinq Agentlikləri nədir?
Dərəcələndirmə anlayışı bir qurumun və ya fərdin maliyə öhdəliklərini zamanında
yerinə yetirib, yetirməyəcəyini təxmin etmək üçün istifadə edilir. Bu sistem,
qurum və ya fərdin keçmişdəki maliyə məlumatlarına əsaslanaraq sinifləndirmə
aparır. Asan anlaşılması üçün isə bu sinifləndirməni simvollarla ifadə edir.
Dərəcələndirmə dəyərləndirməsi ilə bir çox qurumlara yardımçı olur. Həmçinin
Kredit Agentliklərinin verdiyi qeydlər maliyə bazarlarının nəzarətini və
tənzimlənməsini asanlaşdırır. Bu agentliklər xidmət verdiyi dövlət və
quruluşlardan xidmət haqqı alırlar.
Bu Agentliklərin iki tipi vardır.
1) Xarici dərəcələndirmə və 2) Daxili dərəcələndirmə
-Xarici dərəcələndirmə - Reytinq Agentlikləri tərəfindən böyük firmaların sərmayə
bazarlarından borc ala bilməsi məqsədi ilə qiymətləndirilən kredit qeydləridir.
- Daxili dərəcələndirmə - bankların borc tələb edənlərə qarşı daxili
qiymətləndirmə apardığı kredit qeydləridir. Banklar müştərilərindən maliyə
tablolarını, rəsmi sənədlər, daxili və xarici dərəcələndirmələri tələb edir və öz
daxili dərəcələndirmələri ilə qiymətləndirirlər. Sistemin düzgün işləməsi üçün
məlumatları tarixi ardıcıllıqla sıralayırlar və nəticədə bu məlumatlara asanlıqla
çatmaq olur.

Kredit Agentliklərinin iqtisadi həyata verdiyi faydaları bu şəkildə sinifləndirə bilərik
- İqtisadiyyata etibarlı və sabit maliyyə bazarlarını gətirir.
- İqtisadiyyatın və bazarların xarici bazara inteqrasiyasını təmin edir.
- İqtisadiyyatda ümumi risk səviyyəsini məhdudlaşdırmaqla, maliyyə
əməliyyatlarının səmərəliliyini artırır və böyümənin daha məhsuldar
maliyyələşdirilməsini təmin edir.

Kredit Agentliklərinin qısa tarixi.
Kredit dəyərləndirmə qavramı Lewis Tappanın 1837-ci ildəki böhranın vəziyətini
qiymətləndirmək üçün istifadə etdiyi üsula əsaslanır.
1933-cü ildə "Dun and Bradstreet" şirkəti açıldı. 1962-ci ildən isə "Moody's
Investors Service" adı altında fəaliyyətini davam etdirdi.
1916-cı ildə fəaliyyətə başlayan və 1922-ci ildə
fəaliyyətə başlayan Standard Statistics Company1941-ci ildə birləşərək
Standard and Poor adlandı
1924-cü ildə isə Fitch Publishing Company yaradılmışdır.

1975-ci ildə U.S Securities and Exchange Commission (SEC) Kredit Agentliklərinin
fəaliyyətlərini asanlıqla standartlaşdırılması üçün Nationally Recognized Statistical
Rating Organisation (NRSRO)-u təsis etdi. Hazırda NRSRO-nun 10 üzvü var.
(Standard  Poor Fitch Ratings, A. M. Best Company, Dominion Bond Rating
Service Ltd., Japan Credit Rating Agency Ltd., R&I Inc., Egan-Jones Ratings
Company, LACE Financial, Realpoint LLC).

Praktikada qarşılaşılan problemlər və maliyyə böhranına təsiri.
ABŞ 2001 Dekabr  Enrol; skandalı, 2002 Worldcom ; və 2003  ;Parmalat ;
şirkətlərinin çöküşü nəticəsində Kredit Agentliklər qiymətləndirmələrinə diqqət
daha çox yönəlmişdir. Onların dərəcələndirmələri yanlış çıxmışdır. Daha əvvəl
olanların unudulması ərəfəsində yenidən böhranın baş verməsi Kredit
Agentliklərinə güvəni sarsmışdır. 2008 ABŞ-da başlayan "Subprime Mortgage"
böhranı bütün dünyaya yayılmışdır, hamı Kredit Agentliklərini bu məsələdə "baş
aktyor" kimi görmüşdür. Çünki Kredit Agentliklərinin AAA ilə qiymətləndirdiyi
şirkətlərdədə çox böyük itkilər, çöküşlər olmuşdur.
Belə bir uyğunsuzluqdan sonra, ən böyük Kredit Agentliyi olan Moody’s ABN Amro
şirkətinin istiqrazlarına AAA qiymətinin verməsinə baxmayaraq bu şirkət çökmüş
və Moody’s bunu sistemə virusun girdiyini, sistemin buna görə yanlış
qiymətləndirmə apardığını iddia etdi.
Xüsusən son hadisədən sonra ABŞ və Avropa Birliyi kredit reytinq agentliklərinin
dünya iqtisadiyyatına trilyonlarla dollar olan böhranın dərinləşməsinə qatqıları
barədə sıx müzakirələrə başlamışlar.

Müəllifin saytda yayımlanan 1 yazısı var

Müəlliflə əlaqə vasitələri


E-poçt: