Müəllifin saytda yayımlanan 1 yazısı var
Müəlliflə əlaqə vasitələri
Telefon: 
+99450 228 64 30
Email: 
bqasimli@std.beu.edu.az
IV SƏNAYE İNQİLABI : YENİ PEŞƏLƏR

IV SƏNAYE İNQİLABI : YENİ PEŞƏLƏR

1.Xülasə

İlk dəfə 2011-ci ildə Almaniyada təşkil olunan Hannover sərgisində istifadə olunan “Sənaye 4.0”(Industry 4.0) Almaniya dövləti,digər sənaye dövlətləri və transmilli şirkətlər tərəfindən dəstəklənərək bu günün sənayesində öz yerini aldı.Həmçinin Dünya İqtisadi Forumunun son toplantılarında müzakirə mövzusu oldu.Hazırda “Sənaye 4.0” gen mühəndisliyi, əlavə reallıq sistemləri , ekoloji texnologiyalar, özü idarə olunan avtomobillər, təmiz enerji mənbələri,  dronlar, nanotexnologiya, bulud sistemləri, əşyaların interneti və süni intellektin geniş tətbiqi ilə davam edir.

Volkswagen avtomobil şirkətinin İdarə Heyətinin üzvü  Dr. Andreas Tostmann yüksək texnologiyanın tətbiqini qiymətləndirərkən deyib ki: "Üç ölçülü çap maşınları Volkswagen şirkətinin əlavə istehsal fəaliyyətlərini yeni səviyyəyə çıxarır"

 Bosch şirkəti isə “Sənaye 4.0” proqramının tətbiqi nəticəsində son 4 il ərzində 1,5 milyard avro qazanmışdır.

Ölkələr və təşkilatlar gələcəkdə işlərin dəyişəcəyinin və yeni iş imkanlarının yaranacağının həqiqətini artıq görməyə başladılar.Bununla birlikdə, gələcəkdə işçi qüvvəsi yeni peşələrə necə adaptasiya olacaq və dövlətlər hansı sosial-iqtisadi addımlar atacaq?  kimi suallar meydana gəlir. Dünya yeni IV sənaye inqilabıyla tanış olurdu ki, 2017-ci ildə CeBİT-də “Cəmiyyət 5.0”-dan danışılmağa başlanıldı.

 

Açar sözlər: “Sənaye 4.0 “, Yeni peşələr.

2.Giriş

        Əmək bazarlarında çətinliklər artır, inkişaf etmiş iqtisadiyyatlardakı ev təsərrüfatlarının gəlirləri durğunlaşır və işçilər arasında artan bacarıq boşluqları müşahidə edilir. Dünyada sosial, mədəni, iqtisadi, ekoloji və texnoloji dəyişikliklər baş verir.Dünyanın, tarixdə heç olmadığı sürətlə dəyişdiyi bir dövrdəyik. Bu inqilab istehsal məhsuldarlığını artıracaq, iqtisadiyyatı dəyişdirəcək, sənaye artımını stimullaşdıracaq və bölgələrin rəqabət qabiliyyətini dəyişdirəcək və inkişaf etmiş ölkələrlə inkişafda olan ölkələr arasında iqtisadi uçurum daha da artacaq. “Sənaye 4.0.” bizdən artan rəqabətə tab gətirmək üçün yeni strategiyalar planlaşdırıb tətbiq etməyi tələb edir.Texnologiya sahəsində baş verən inkişaflar, əşyaların interneti, 3D çap texnologiyaları, müxtəlif robotlar, böyük həcmli verilənlər, süni intellekt özləriylə bərabər yeni peşələr gətirəcək və yeni iş imkanları yaradacaq.Yeni peşələr, qismən və ya tamamilə köhnə peşələrin yerini alacaq.Həm köhnə,   həm də yeni peşələrdə lazım olan bacarıqlar bir çox iş sahəsində dəyişəcək, insanların necə və harada işləyəcəyini dəyişdirəcək.

        Təxminlərə görə, bugünkü uşaq bağçasındakı uşaqların təxminən üçdə ikisi hələ mövcud olmayan peşələrə sahib olacaqlar.Artıq 10 il sonra haqqında proqnoz vermək çox çətindir.Bütün bunlara rəğmən bu gün  yeni peşələrin bəzilərini təxmin edə bilmək mümkündür.Yeni peşələri təyin edib, bu peşələrə görə də yəni təhsil proqramları hazırlayıb və tətbiq etmək lazımdır.”Sənaye 4.0” proqramını qəbul edib, tətbiq edən Almaniya,ABŞ,Yaponiya və s. kimi ölkələrdə artıq yeni təhsil proqramları hazırlanır.

        Bizi gələcəkdə gözləyən bir neçə peşə:

1. Data analist

         Texnologiyanın bu qədər inkişaf etdiyi bir zamanda, hər il toplanan məlumat miqdarı sürətlə artmaqdadır.Artıq günümüzdə böyük məlumatları toplayan və gələcəkdəki yarana biləcək problemləri təxmin edə bilən mütəxəssislərə ehtiyac var.

2. Külək enerjisi texniki

         Dünyada yaranan ekoloji problemlərdən dolayı ekoloji təmiz enerji mənbələrindən istifadə daha önəmli hala gəlib.Külək enerjisidə günəş enerjisi kimi təmiz olduğu üçün  günü gündən daha da inkişaf edir və dünya ölkələri tərəfindən sıxlıqla istifadə olunmağa başlayıb.Bir neçə ildir ki, artıq ölkəmizdə də külək enerjisindən istifadə olunmağa başlanılıb. 2016-2026-ci illər ərzində  külək enerjisi  sahəsində 14.000 yeni iş yeri açılacağı proqnozlaşdırılır.

3. Proqram inkişaf etdiricisi

         Texnologiyanın, robotların, mobil cihazların və s. inkişaf etməsi üçün mütləq şəkildə Proqram inkişaf etdiricilərə ehtiyac var. 2016-2026-ci illər ərzində təxminən Proqram inkişaf etdiricisi sahəsində 1.200000 yeni iş yeri açılacağı proqnozlaşdırılır.

4. 3D-çap texniki

        Texnologiya irəlilədikcə, 3D çap maşınları mobil cihazlar və komputerlər kimi geniş yayıla bilər. Nəticədə hər bir evdə 3D çap maşını ola bilər.Buna görə də, gələcəkdə 3D Çap maşınları texniklərinə tələbat artacaq və bu işlə məşğul olan servislərin sayı artacaq.

5. Robot texniki

        IV Sənaye inqilabının nəticəsində zavodlarda, restoranlarda və s. yerlərdə istifadə olunan robotlar  gələcək illərdə hər evdə köməkçi kimi istifadə oluna bilər.Zaman içərisində işləməyən robotlara yenidən proqram yazmaq üçün robot texniklərinə ehtiyac olacaq.Robotlara alışmalıyıq və robot texniki gələcəkdə ən qiymətli peşələrdən biri kimi görünür.

6. Günəş enerjisi texniki

         Günəş enerjisi  təmiz enerji olduğu üçün gələcəyin önəmli bir parçası olmağa davam edəcək. Günəş enerjisinin maliyyəti hər keçən il aşağı düşməyə davam edir, bu səbəblə də şirkətlər üçün daha çox uyğun hala gəlir. ABŞ-da, 2016-2026-ci illlər ərzində təxminən günəş enerjisi sahəsində 30.000 yeni iş yeri açılacağı proqnozlaşdırılır.

7. Beyin implant mütəxəssisi

        Xüsusi komputer çipsləri, yaddaş inkişafı, xəstəliklərin idarə edilməsi, əhval-ruhiyyə tənzimlənməsi və iflic müalicəsi üçün insanların beyninə yerləşdirilə bilər.

8. Gen mühəndisliyi

         Bu sahədəki inkişafların nəticəsində bəzi xəstəliklər meydana gələ bilər və ya bəzi xəstəliklərin müalicəsi tapıla bilər.

9. Dron pilotları

         Dronlar ambulans, yanğın söndürmədə, yükdaşımada və s. sahələrə də istifadə olunacaq.Bu da dron pilotlara gələcəkdə ehtiyacı artıracaq. Məsələn, Amazon şirkəti, dronları paketi təslim etmək üçün istifadə edir. Daha sonra şəhərlərdə küçələrə atılan tullantıları təmizləmək və təhlükəli olan yüksək yerlərdə gündəlik işlər aparmaq üçün istifadə edilə bilər.

10. İqlim mühəndisləri

        Sellərin, daşqınların, küləyin, quraqlığın, yağışın və s. qarşısını almaq üçün istifadə ediləcək. Əgər elm o qədər inkişaf edərsə gələcək üçün ən yaxşı və ən vacib işlərdən biri də hava nəzarəti olacaqdır.Məsələn:ABŞ-da hər il baş verən tornadoların sayı minumuma endirilə bilər.

11. Kosmos turizm bələdçisi

         SpaceX şirkəti insanların kosmosa səyahət etməsi üçün bir sıra mühüm addımlar atıb.Artıq 10-15 il içərisində insanların kosmosa səyahət etməsi nəzərdə tutulub.İnsanların əksəriyyəti astronavt olmadığı üçün kosmik səyahətə hazırlanmasına və orbitə daxil olduqda yeni mühitə uyğunlaşmasına kömək etmək üçün xüsusi kosmos turizm rəhbərlərinə ehtiyac olacaq.

12. Uzaqdan sağlamlıq mühəndisi

         Robot  texnologiyaları daha da inkişaf etdikcə, həkim və digər səhiyyə işçiləri uzaq məsafədən robotlar vasitəsiylə əməliyyatlar edə biləcək. Gələcəkdə bir çox cərrahlar xəstələrini fiziki olaraq harada olmağından asılı olmayaraq dünyadakı hər hansı bir yerdən əməliyyat edə biləcək.

 

13. Nanotexnologiya mühəndisi

 Nano texnoloji komputerlər hətta paltar kimi fərqli sahələrdə istifadə olunur.Yaxın gələcəkdə özlərini kopyalamağa qadir olan nano robotlar bədənlərimizdə viruslarla mübarizə aparacaq.

14. Kiber təhlükəsizlik mütəxəssisi

        Gələcəkdə önəmli məlumatların bulud sistemlərə yüklənməsi və demək olar ki, hər şeyin rəqəmsallaşması Kiber təhlükəsizliyi daha da önəmli hala gətirəcək.Süni intellektin hakerlər tərəfindən ələ keçirilməsi böyük fəlakətlərə yol aça bilər.Beləliklə, kibercinayətkarlıq və kiber təhlükəsizlik sahəsində yeni peşə və təşkilatlar yaradılacaqdır.

 

3. Tədqiqat metodu

       Tədqiqatda müqayisəli təhlil metdodundan istifadə olunmuşdur ki, bu da araşadırılan mövzunun müxtəlif üsullarla nəzərdən keçirilməsinə şərait yaratmışdır.

 

4. Nəticə

       Yuxarıda sadalanan peşələr “Sənaye 4.0”–ın tətbiq edilməsi nəticəsində və ölkələrin inkişaf etməsiylə paralel ortaya çıxacaqdır.”Sənaye 4.0” tətbiq edilməsi nəticəsində yeni iş imkanları yaranacaq və artıq ağır və təhlükəli işlərdə insanlardan deyil, robotlardan istifadə ediləcəkdir.Texnologiyanın bü cür inkişaf etdiyi bir dövrdə İT və Riyaziyyat ixtisaslarıda olduqca populyar olacaqdır. Xüsusilə texnologiyanın müxtəlif sahələrində gözə çarpacaq inkişaflar bu peşələri bu gün də zəruri edir. Bütün bunlara rəğmən “Sənaye 4.0”–ın tam təsiri hələ bizlərə məlum deyil, çünki ortaya çıxan yeni texnologiyalar hələ inkişaf mərhələsindədir. “Sənaye 4.0”  özüylə bərabər cəmiyyətin düzənində, sosial strukturunda, iqtisadi həyatında köklü dəyişikliklər gətirəcək.Nəticədə, ölkəmizi müasir sivilizasiyaların səviyyəsinə gətirmək və onu modernləşdirmək üçün “Sənaye 4.0.”-ı ölkəmizə gətirməliyik.

 

 

5. Ədəbİyyat sİyahısı

1. James Manyika, Peter Gumbel, What is the future of work? (online məqalə)

2. Shweta Modgil, Jobs of the future: Where are they headed? (online məqalə)

3. Klaus Schwab, The Fourth Industrial Revolution: what it means, how to respond  (online məqalə)

4. Joanna Lizut, Gilberto Marzano, Miroslaw Grewinski , Educating for future job (online məqalə)

 

5. Stacy Rapacon, 30 of the best jobs for the future. (online məqalə)

6. Klaus Schwab , The Fourth Industrial Revolution. Crown Publishing Group (Kitab). New York/ABŞ. 2017:1-181

7. Bernard Marr, The 4th Industrial Revolution Is Here - Are You Ready? (online məqalə)

8. Cristina Orsolin Klingenberg, José Antônio do Vale Antunes Jr. Industry 4.0: what makes it a revolution?  (online məqalə)

 

9. Carlos Miguel Ferreira ,Sandro Serpa, Society 5.0 and Social Development:Contributions to a Discussion  (online məqalə)

Müəllifin saytda yayımlanan 1 yazısı var

Müəlliflə əlaqə vasitələri


Telefon:  +99450 228 64 30
Email:  bqasimli@std.beu.edu.az