Müəllifin saytda yayımlanan 2 yazısı var
Müəlliflə əlaqə vasitələri
Telefon: 
050 710 81 29
Email: 
azerrzayev17@gmail.com
Data Analitikasının satışda əhəmiyyəti.

Data Analitikasının satışın artırılmasında əhəmiyyəti.

Son dövrlərdə məzənnədə baş verən dəyişikliklər barədə əvvəlcədən gözləntilər haqqında və ya marketinq sistemində satışın artırılması üsulları, istifadə olunacaq vasitələr istər Azərbaycanda, istərsə də bir çox ölkələrdə mühim faktorlardan əsasıdır.

Eyni zamanda reklamın dəqiq (yəni həmin istifadəçinin maraq dairəsini əhatə edən) isifadəçiyə çatdırılması,hətta düzgün reklam üçün düzgün tətbiq və ya vasitələrdən istifadə edilməsi, sərfəli qiymətin doğru vaxtda və doğru zamanda istifadəçiyə çatdırılması və.s kimi mühim faktorların icrası üçün “Data Analytics” ,verilənlərin analitikası sahəsi tətbiq olunur.

 

Bəs daha dəqiq hansı sahələrdə tətbiq olunur?

Dünya təcrübəsində sənayesi güclü olan dövlətlərin iqtisadiyyatı da güclü olmuş, onun inkişaf etməsi ölkənin iqtisadi cəhətdən inkişaf etməsi mənasına gəlmişdir. Hazırda bu sahədə rəqabət sürətli şəkildə artır. Sahibkarlar xərclərini azaltmaq, gəlirlərini artırmaq, şirkətlərini inkişaf etdirmək uğrunda mübarizə aparırlar. Təbiidir ki, hər hansı bir sahədə inkişaf etmək üçün doğru və dəqiq qərarlar vemək mütləqdir.

Və elə məhz bu məqamda “Data Analytics” köməyimizə gəlir və bu sualların cavabını Data Analitikası vasitəsi ilə alırıq. Data Analitikası “Data Science”-ın əsas qollarından biri olub məlumatları analiz edərək doğru qərarlar verməyə xidmət edir. Məlumatları analiz etmək üçün “SPSS”, “SAS”, “Tableau”, “Microsoft Excel”, “Power BI”, “R” proqram təminatları və digər proqramlar Data Analitikasında geniş şəkildə istifadə olunur.

Data Analitikanı araşdırarkən ən çox tətbiq olunan sahələrdən biri ,eyni zamanda hamımızın gündəlik istifadə etdiyimiz market sistemlərində necə tətbiq olunması və sözün əsl mənasında satışın dəfələrlə artırılmasında vacibliyi ilə tanış oldum. Burada,həmçinin Data Mining texnologiiyasından da istifadə olunur hansı ki, Data Analitikanın icrası üçün istifadə olunan ağıllı texnologiyadır. Data Analitikanın növləri olan Diaqnostik və Proqnozlu Analitika qeyd etdiyim texnologiya da (Data Mining)  marketinq sahəsində tətbiq zamanı istifadə olunur.

Belə bir izahla daha da aydınlıq gətirək:

Böyük marketlər şəbəkəsində gündəlik olaraq satılan məhsulların hesabatları həmin marketin “satış” verilənlər bazasında saxlanılır. Belə ki, gün sonunda və ya aylıq hər bir müştərinin aldığı məhsullara uyğun hesabatlar tərtib olunur və bu proses bütün alıcılar üçün eyni qaydada tətbiq olunur. Bütün hesabatda ən çox bir sırada (eyni hesabatda) yer alan məhsullar qarşılaşdırılır və təhlil olunur.

Tutaq ki, hesabatların əksər hissəsində alınan məhsullar içərisində çərəzlər və içkilər bir sırada yer alıb, amma bəzilərində təkcə içkilər yaxud təkcə çərəzlər yer alır.Beləliklə hesabatlara əsasən birlikdə alınan məhsulların statistikası ,həmin məhsulların ayrılıqda alındığı statistikasından daha çoxdur. Nəticədə marketdə çərəzlər və içkilər olan vitrinlər yanaşı yerləşdirilir. Bu halda alıcı içki aldıqda çərəz almağı və ya əks halda, çərəz aldıqda da içki almağı unutmur. Eyniylə digər məhsullar üçün bu cür tətbiq olunur və beləliklə marketinqdə çox geniş tətbiq olunan bu üsul hazırda Avropa ölkələrində gəlirlərin artırılmasında vacib üsullardan biridir.

“Kroger”

 

”Publix Super Markets”

 

Aldi

 

Albertsons

 

Bu kimi dünyaca məşhur nəhəng supermarketlər şəbəkələrində sözügedən texnologiyadan geniş şəkildə istifadə olunur.

Vaxtınızı ayırıb oxuduğunuz üçün təşəkkürümü bildirirəm.

 

 

Müəllifin saytda yayımlanan 2 yazısı var

Müəlliflə əlaqə vasitələri


Telefon:  050 710 81 29
Email:  azerrzayev17@gmail.com
Müəllifin digər yazıları