Müəllifin saytda yayımlanan 2 yazısı var
Bu həyatın “həyəcanı – məyəcanı” varmı?

Həyacan da var, “məyəcan” da var deyənlər də var, yoxdu deyənlər də...

Əslində var. Tapa bilənlərə... ”Budilniksiz oyananlara”... Ralf Emersonun məşhur sitatında dediyi kimi: “Həyatın ən təcili sualı budur: başqaları üçün nə edirsən?” Suala cavabı olanlara bu həyatın həyəcanı da var, “meyecanı” da.

Maddi təminat müvəqqəti məmnunluq olsa da, fiziki ehtiyacların qarşılanması kimi qarşılığı olsa da..qismən xoşbəxtliyə səbəb olsa da.. Uzun müddətli xoşbəxtlik, yəni həyatın “həyəcanı-meyecanı”nı tam olaraq yarada bilmir... 500 alanlar 1000 alsa, min alanlar 2 min alsa xoşbəxt olacağını düşünür bəzən...sonra elə olmadığını görürlər...

Bəs necə bu həyata həyəcan qataq? Niyə yaşayırıq və yaşamağın niyəsi... Etdiklərimizi nə üçün edirik? Bu suallara cavab və dolayısıyla missiyanı tapandan sonra, həyəcan özü gəlir deyirlər... Həmin həyəcanı olanlar var çünki.. “budilniksiz” oyananlardı onlar... Daxilindəki potensialı oyadanlar...Ancaq daxilindəki potensialı “budilniklə” oyadıblar... “Budilnik” dediyimiz kitablardan eşitdikləri səslər, mentorların səsləri, başlarına gələn hadisələrin səsləri “O səs MƏN”-i tapıblar yəni...

Əslində asan deyil.Uzun illər axtarışda olmalı olursan bunun üçün... Bəziləri üçün 40 minlik maşının olması, bəziləri üçün özündən sonra qoyacağı əsərlər, miras və s. həyat məqsədidir.

Bəziləri üçün “ailə hər şeydir” onun üçün yaşayırlar. Ailənin qaydaları onların qaydaları olub. Bəziləri də zəmanənin zehniyyətini mənimsəyir, bəziləri üçün də missiya bir dünya vətəndaşı olmaqdır.

Biznes adamları olur ki, müəyyən yaşdan sonra akademik fəaliyyətə başlayırlar ki, öz biliklərini cəmiyyətə geri verərək, dəyər qataraq xoşbəxt olurlar, onların missiyası bu olur. Mən yox, Sən deyərək, həmin missiyanı tapıblar deyə başqalarının həyatına müsbət toxunuş edərək xoşbəxt olurlar.

Bəziləri də uzun müddət maaş dalınca getmədən, özünü inkişaf etdirir, daha böyük missiyaları var, qlobal səviyyədə startUp’a sahib olmaq hədəfləri var, və ya New York Times bestseller kitab yazarı olmaq istəyirlər, bir həyacan tapıblar yəni... Axtaran tapar misalı...

Qısası sahib olduğu bilik və potensialından istifadə edərək, başqalarına dəyər qatmaqla bu həyatın “heyecanı məyəcanı”nı yaşayırlar.

Hansısa ixtisası, sənəti öyrənmək üçün məktəblər, universitetlər, kurslar var. Bəs həyatda öz missiyasını tapmaq istəyənlər?

Onlara mentorluq edənlər varmı? Və insanlar bu axtarışa çıxıb həmin mentorları və ya kouçları tapırlarmı? Bu da ayrı mövzudur ...

Sənin üçün həyatın məqsədi nədir? əsas məsələ budur. Bir məqsəd olmalıdır çünki...Yoxsa həyəcan da “məyəcan” da çətin ki ola...

Bir çox insan könüllülük fəaliyyətində tapır özünü, məqsədini, həyəcanını.. 20-lərdə, 30-larda, 40-50-lərdə tapanlar da var... həyəcanın yaşı yoxdur yəni ki 

Şübhəsiz bu həyatın “həyəcanı-məyəcanı” var, tapanlara... 

Shamil Baghmanov | Founder & Project Manager at Mentor Talks

Müəllifin saytda yayımlanan 2 yazısı var
Müəllifin digər yazıları