Müəllifin saytda yayımlanan 1 yazısı var
Müəlliflə əlaqə vasitələri
Telefon: 
050-988-19-47
Email: 
sevinc_islamova@list.ru
Alman Dili Leksikologiya və Üslubiyyatı

Alman Dili Leksikologiya və Üslubiyyatı
Filologiya və jurnalistika
fakültəsi qrup 132
Sevinc İslamova Nazim qızı
Elmi rəhbər:b/m. Gözəlova T.M.

Evfemizmlər və onların yaranma səbəbləri

Açar sözlər: nəcib ifadə, tabu, mənanın yumşaldılması, mədəniyyət göstəricisi və sivilizasiya
Evfemizm metonimiyanın növlərindən hesab olunur.Yunan mənşəli bu sözün lüğəvi
mənası “yumşaltmaq” mənasına gəlir. Hər hansı məzmunu yumşaldılmış, nəcibləşdirilmiş
şəkildə ifadə etməyə evfemizm deyilir. Yunan sözü olan evfemizm əslində “yaxşı” (ei) və
“danışıram” (phemi) deməkdir və terminoloji mənası bir şəxs və ya əşya haqqında yaxşı,
nəzakətli danışmaq deməkdir”.
Evfemizmlər ədəbiyyatşünaslıqda məhz metonimiyanın növlərindən biri kimi qeyd edilir.
Deməli, evfemizm dildə kobud şəkildə mövcud olan hər hansı leksik vahidi daha yumşaq şəkildə
ifadə edir. Evfemizm tabudan çox sonra meydana gəlmişdir və tamamilə başqa səciyyəlidir.
Evfemizm sivilizasiyanın, mədəniyyətin inkişafı ilə əlaqədar olaraq meydana gəlmiş və bir növ
yüksək və mədəni cəmiyyət normaları ilə əlaqədardır. “Evfemizm dilə məxsus tabunun
nəticəsidir. Dar mənada evfemizm kobud, xoşagəlməz, ədəbsiz sözlər və ifadələr əvəzinə,
nəzakətli, ədəbli vahidlərin işlənməsinə deyilir. Geniş mənada evfemizm həm də qadağan
edilmiş tabu hesab olunan vahidlərin başqa vahidlərlə əvəz olunmasına deyilir”. (Şükufə
Qocayeva Avtoreferat Bakı, 2016 səh 9-10)
Ümumiyyətlə, evfemizmləri tədqiq edərkən təkcə evfemizmlərin özündən deyil, onların
yaranmasına məcburiyyət duyan sosial-mədəni vəziyyət və dil materialı da tədqiqə cəlb
edilməlidir. Evfemizmlərdən istifadə yüksək mədəniyyətin göstəricisi olsa da bəzən müasir ədəbi
nümunələrdə və şifahı nitqdə onlardan kənar qalma halları çox olur. Sözlərin daha kobud və
bütün neqativliyi ilə deyilməsi halları çoxdur. Bu dildənkənar baş verən neqativ proseslərin,
təsiridir ki, dilə də təsir edir və mədəni tərəqqi ilə uyuşmur.
Evfemizmlərin aşağıdakı məqamlarını qeyd etmək olar:
1. Müxtəlif fiziki qüsurları olan insanları incitməmək üçün deyilən evfemizmlər. Məs: lal-
dili qüsurlu, nitqi qüsurlu, danışma əngəlli, pəltək-dili şirin, əlil-fiziki qüsurlu, fiziki
əngəlli, dəli olmaq-əsəbləri korlanmaq, ruhi pozğunluq, əsəbi gərginlik, ruhi xəstə,
psixoloji pozulma, xəstələnmək-özünü pis hiss etmək, bir az nasazlanmaq, naxoşlamaq,
bir az halsız olmaq, kor-pis görən, zəif görən, kar- ağır eşidən, qulaqdan zəif və s.

2. Elə sözlər seçilir ki, onlar kobud görünən hər hansı bir sözün mənasını yumşaldır, hətta
belə desək, cilalayır, ya da maskalayır. Bununla sözün əks tərəfə təsirini zəiflədir. Bunu
biz müxtəlif tibbi terminlərin həkimlər tərəfindən xəstəyə çatdırılması zamanı istifadə
etməsini görə bilirik. Məsələn, şiş, xərçəng əvəzinə “yad cisim” ifadəsi işlədilir. Ya da
bəzi ağır xəstəliklərin adları bilərəkdən heç kimə bəlli olmayan tibbi terminlərlə deyilir.
3. Evfemizmlərin istifadəsindən asılılıq müxtəlifdir. Sosial nəzarətin güclü olduğu və eyni
zamanda şəxsin öz nitqi üzərində özünüidarəsi yüksək olduğu hallarda evfemizmlərin
yaranma ehtimalı daha yüksəkdir. Yaxud əksinə nitqə nəzarətin daha az olduğu (Məs:
ailədə, dostlar arasında) ortamlarda isə leksik vahidlərin birbaşa məna ifadə edənlərindən
istifadə olunur ki, bu da disfemizm adlanır. ”Dildəki, təhqiramiz və kobud mənalı sözlər
disfemizm adlanır”. Məsələn: göstərmək- gözünə soxmaq, gözünə dürtmək, yemək-
tıxmaq, basmaq, zıqqımlanmaq, zəhrimarlanmaq, ölmək- gəbərmək, gorbagor olmaq,
cəhənnəmə vasil olmaq, qoca- qarı, kaftar, xəbərçi- araqatan, işverən, iblis tülkü və s.
4. Evfemizmdən istifadə edənin əsas məqsədi sosial və şəxsi çevrəsində münasibətdə
olduğu insanlarda komunikativ konfliktdən və gərginlikdən uzaq durmaqdır. Hansı söz
evfemizm ola bilər onu düzgün dəyərləndirmək vacibdir. Çünki bir ortamda evfemizm
olan söz başqa ortamda olmaya da bilər. Evfemizmin sosial xarakterli olmasını nəzərə
almaq vacibdir.

Ədəbiyyat siyahısı

1. Abdullayev N.Ə. Nitq mədəniyyətinin əsasları: Dərs vəsaiti. Bakı, 2013 (227, 228)
2. Hüseynov S.S. Nitq mədəniyyəti (dərslik). Bakı, “Yazıçı nəşriyyatı”, 2010 (167)
3. http://de.wikipedia.org/wiki/Euphemismus (25.07.2011)
4. http://www.eupemismende (25.07.2011)
5. Sovinski B. Deutsche Stilistik, Frankfurt am Main, 1978

Xülasə - Summary

A euphemism is a polite expression used in place of words or phrases that otherwise might be
considered harsh or unpleasant to hear. Euphemisms are used regularly, and there are many
examples in every day language
Xülasə - Резюме
Характерно, что новые обозначения «непристойных» предметов и явлений с течением
времени теряют характер эвфемизмов, начинают восприниматься как прямое указание на
«непристойный» предмет и в свой черёд становятся «непристойными».

Müəllifin saytda yayımlanan 1 yazısı var

Müəlliflə əlaqə vasitələri


Telefon:  050-988-19-47
Email:  sevinc_islamova@list.ru