Çap tarixi
2009
Müəllifi
-
Dil
Azərbaycan
Janr
Biologiya
Format
PDF
Ümumi histologiya, sitologiya və embrologiyanın əsasları

Sitologiya, histologiya və embriologiya orqanizmi təşkil edən hüceyrə, toxuma, orqanların inkişafını, funksiyalarını və incə quruluşunu öyrənir. Fənn protoplazmanın quruluşunu, maddələr mübadiləsini, hüceyrə, toxuma, orqanların funksional əhəmiyyətini, digər bioloji və kliniki fənlərlə əlaqəsini öyrənir. Bu fənn dörd bölmədən: sitologiya, embriologiya, histologiya və xüsusi histologiya ibarətdir. Sitologiya hüceyrələrin quruluşunu, inkişafını və həyat fəaliyyətini öyrənir. Embriologiya cinsiyyət hüceyrələrinin quruluşunu, inkişafını, mayalanmasını və rüşeymin inkşaf xüsusiyyətlərini öyrənir. Histologiya orqanizmi təşkil edən toxumaların morfoloji  funksional xüsusiyyətlərini öyrənir. Xüsusi histologiya yaxud mikroskopiki anatomiya ayrı-ayrı orqanların mikroskopiki qurluşunu öyrənir.

Çap tarixi
2009
Müəllifi
-
Dil
Azərbaycan
Janr
Biologiya
Format
PDF