Çap tarixi
2014
Müəllifi
R.Cəfərova
Dil
Azərbaycan
Janr
Dərslik
Format
PDF
Təbətdən istifadənin iqtisadiyyatı

Təbiətdən istifadənin iqtisadiyyatına dair yazılmiş dərs vəsaitindən ali məktəblərin iqtisad yönümlü bakalavr pilləsində oxuyan tələbələr, magistrantlar, aspirantlar, təbiətin mühafizəsi sahəsində çalışan mütəxəsislər də istifadə edə bilərlər. Bu dərs vəsaitində yuxarıda adı çəkilən sahələr üzrə geniş məlumat verilməsə də, təbiətdən istifadənin iqtisadiyyatı və ekoloji məsələləri ətrafında ümumi nəzəri, metodoloji və elmi-metodiki məsələlər əhatə olunmuşdur.

Qeyd etməliyik ki, təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları hüquqi əsaslara da malikdir. Hüquqi əsaslar təbiətdən istifadə məsələsində xüsusi yer tutmaqla təbiətdən istifadə sahəsində iqtisadi və ekoloji biliklərin geniş təhlilinə ehtiyac yaradır. Kitabda təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları ilə bağlı bir çox məsələlər təhlil edilmişdir: tarazlı inkişaf konsepsiyasının təbiətdən istifadənin tədqiqində yeri; ekoloji-iqtisadi tələblər və bu sahədə qanunauyğunluqlar; bazar münasibətlərinin təbiətdən istifadədə yeri və əhəmiyyəti; təbii ehtiyatların qiymətləndirilməsi; proqnozlaşdırılması və planlaşdırılması; ekoloji və iqtisadi dəyərlərin qiymətləndirilməsi; çirkləndirməyə görə ödəmələr; maliyyələşdirmə və ekoloji sahibkarlıq; təbiətdən istifadənin idarə edilməsi və s.

Dərs vəsaitində təhlil edilən mövzular, ayrıayrı məsələlər fənlərarası mahiyyət kəsb edir. Dərs vəsaitində müvafiq qüsurlara da rast gəlmək olar. Kitab haqqında öz təklif və mülahizələrini nəşriyyat ünvanına göndərəcək oxuculara müəllif qabaqcadan öz minnətdarlıgını bildirir.

Çap tarixi
2014
Müəllifi
R.Cəfərova
Dil
Azərbaycan
Janr
Dərslik
Format
PDF