Çap tarixi
2017
Müəllifi
X.Vəlizadə
Dil
Azərbaycan
Janr
Dərslik
Format
PDF
İqtisadi diplomatiya

Dərs vəsaitində “İqtisadi diplomatiya”nın aydın şəkildə izahı üçün op­timal mühazirə materiallarından istifadə edilmiş və gələ­cək dövr ər­zin­də perspektiv inkişafı üçün tədqiqatlar aparılmışdır.

Dərs vəsaiti bakalavr, magistr və doktoranturapilləsindətəh­sil alan­­lar, tədqiqatçılar, iqtisadçılar, siyasətçilər, diplomatlar həm­çinin iq­ti­sadi diplomatik münasibətlərlə maraqlanan oxucular üçün nə­zər­də tutulmuşdur.

İqtisadi diplomatiya dövlətlərarası iqtisadi münasibətlər yarandığı dövrdən formalaşmağa başlamış və tarixi mərhələlər keç- məklə müasir dövr üçün yeni tədqiqat sahəsi olmuşdur. İqtisadi diplomatiya çox tərkibli mürəkkəb katеqoriya malik sahələrdən sayılır. İqtisadi diplomatik fəaliyyət üsul və vasitələrini sеçərkən xarici iqtisadi siyasətin maraqlarını da nəzərə almalıdır. Hər bir dövlətin beynəlxalq iqtisadi problemləri kompleks şəkildə mürəkkəb olmaqla yanaşı, həmin problemlərin ayr-ayrı strukturlara təsiri mövcuddur. İqtisadi diplomatiyanın ən qabarıq vəzifələrindən başlıcası isə iqtisadi böhran və vəziyyətlərin effektiv şəkildə nizamlanmasıdır. Beynəlxalq münasibətlər sistemində dünyanın iqtisadi dəyərlərindən bərabər səviyyədə istifadə olunma mexanizmi üçün iqtisadi layihələr hazırlanır. Bəşəriyyətdə insan resurslarının sayı artdıqca qlobal problemlər də genişlənməkdə davam edir. Qlobal problemlər isə birbaşa və yaxud dolayı yolla iqtisadi məsələlərlə bağlılıq təşkil edir. Qlobal iqtisadi problemlərin sülh yolu ilə həll olunması üçün iqtisadi diplomatiyanın üsul və vasitlərinə bəşəriyyətin geniş miqyaslı ehtiyacı vardır. Azərbaycanın İqtisadi diplomatiyasının qarşısında duran ən başlıca problem isə “Dağlıq Qarabağ” münaqişəsidir. Münaqişə- nin diplomatik yolla həll edilməsi xarici siyasətin prioritet istiqamətlərindəndir. Həmçinin Azərbaycan hal-hazırda uğurlu iqtisadi diplomatik əlaqələr sayəsində regionda lider dövlət çevrilərək, beynəlxalq təşkilatlar və qurumlarda öz mövqeyini gücləndirməkdə davam edir. Son illər ərzində ölkədə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında böyük əhəmiyyətə malikdir.

Çap tarixi
2017
Müəllifi
X.Vəlizadə
Dil
Azərbaycan
Janr
Dərslik
Format
PDF