Çap tarixi
2004
Müəllifi
Kəmaləddin Heydərov
Dil
Azərbaycan
Janr
Dərslik
Format
PDF
Gömrük işinin əsasları

Təqdim olunan "Gömrük işinin əsasları" dərsliyi ali məktəb tələbələri üçüh nəzərdə tutulsa da, bu dərslikdən iş adamları, gömrük orqanlarında çalışan məmurlar, həmçinin bu sahə ilə maraqlanan elmi işçilər və mülki vətəndaşlar da istifadə - edə bilərlər.

Azərbaycan Respublikasının iqtisadi həyatında göm~ rük işinin xüsusi yeri vardır. Bildiyimiz kimi, milli iqtisadiyyat xarici iqtisadi əlaqələrin təşkilindən son dərəcə asılıdır. Nəzərə alsaq ki, Azərbaycan inkişaf etməkdə olan digər ölkələr kimi iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi və dünya təsərrüfat əlaqələri sisteminə inteqrasiya məsələlərini eyni zamanda həll etməlidir, onda gömrük işinin təşkili və idarə edilməsinin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini görmüş olarıq. Azərbaycan Respublikasının Ümummilli lideri, möhtərəm Heydər Əliyev gömrük orqanlarının yaradılmasının 5 illik yubileyinə həsr olunmuş yığıncaqda söylədiyi dahiyana fikirləri ilə gömrük orqanlarının indiki və gələcək dövrləri üçün vəzifələrini müəyyənləşdirmişdir: “Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas şərt lazımdır. Birincisi, gömrük işçisi gərək bilikli olsun, öz peşəsini yaxşı mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, öz işinə sadiq olsun, Vətəninə sadiq olsun, müstəqil Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsinə sadiq olsun. İkinci tərəfdən, gərək onun təcrübəsi ola, biliyi ilə yanaşı, maddi-texniki bazası, müasir texnikası, ləvazimatları olsun. Bunları yaratmaq lazımdır. Bu da, sizin vəzifənizdir...*’ (“Azərbaycan” qəzeti, 31 yanvar 1997-ci ü). Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin bu tapşırığına əməl edən Dövlət Gömrük Komitəsinin rəhbərliyi gömrük işinin təşkili və idarə edilməsi ilə əlaqədar çox iş görmüşdür. Belə ki, gömrük orqanlarının maddi-texniki bazasını gücləndirmək və müasirləşdirməklə bərabər, yüksək səviyyəli gömrük işçilərinin hazırlanması üçün də hər cür şərait yaradılmışdır. Daha Önəmlisi isə bu sahə ilə bağlı olan dərsliklərin və dərs vəsaitlərinin hazırlanmasıdır. Məhz DGK sədri K.F. Heydərovun təşəbbüsü və rəhbərliyi altında 4 cildlik “Gömrük işinin əsaslan’% “Gömrük hüququ”, “Gömrük statistikası”, “Gömrük işinin təşkili və idarə edilməsi”, “Gömrük ekspertizası”, “Gömrük işi - iqtisadi suverenlik və təhlükəsizlik”, “Gömrük işi və dünya iqtisadiyyatının inkişafı” və s. hazırlanıb nəşr olunmuşdur. Yeni hazırlanan dərslik də bu qəbildəndir. “Gömrük işinin əsasları” 199S-2000-Cİ illərdə nəşr olunsa da onu yeniləməyə ehtiyac vardı. Birincisi, kitab nəşr olunduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyində əsaslı dəyişikliklər olmuşdur. Belə ki, yeni Vergi Məcəlləsi, Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, habelə yeni tariflər qəbul olunmuşdur. İkincisi, həmin kitablar daha çox professional səviyyə üçün nəzərdə tutulduğuna görə tələbələrə müəyyən problemlər yaradırdı. Dərslik həmin çətinlikləri aradan qaldırmaqla bərabər, həm də ali məktəbdə tədris olunan saatlara uyğun olaraq, fənnin proqramına əsasən hazırlanmışdır. Dərslik 25 mövzudan ibarət olmaqla məntiqi ardıcıllıqla şərh olunmuşdur. Bu mövzularda Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasında gömrük siyasətinin formalaşdırılmasındakı əvəzolunmaz rolu, Azərbaycan Respublikasında gömrük işinin təşkili, gömrük nəzarəti və gömrük rejimləri, gömrük rəsmiləşdirilməsi, xarici iqtisadi fəaliyyətin gömrük- tarif tənzimlənməsi, gömrük dəyəri və onun təyin edilməsi üsulları, gömrük ödənişləri, valyuta nəzarəti, gömrük statistikası, gömrük sistemində iqtisadi təhlil, gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti, gömrük orqanlarının idarə edilməsi, gömrük orqanlarında xidmət və gömrük sisteminin inkişaf etdirilməsində Azərbaycan Respubiikasının yeni seçilmiş prezidenti İlham Əliyevin rəhbərliyi altında qəbul olunmuş qanun və fərmanlann əhəmiyyəti məsələləri yüksək professionallıqla, hərtərəfli və asan başa düşülən dildə izah olunmuşdur. Qeyd etmək lazımdır ki, gömrük işi sahəsində hazırlanan dərsliklərdə ilk dəfə olaraq K.F. Heydərovun təklifi ilə ümummilli lider H.Ə. Əliyevin bu sahənin inkişaf etdirilməsi üçün göstərdiyi titanik zəhmət yüksək qiymətləndirilmişdir. Belə ki, dərsliyin birinci mövzusu H. Əliyevin gömrük işinin təşkili və idarə edilməsi ilə bağlı verdiyi fərman və sərəncamlara, onun tapşırığı və rəhbərliyi altında hazırlanmış qanun və qərarlara, həmçinin onun tapşırığı ilə aparılan işlərə geniş şərh verilmişdir. Bu cür yanaşma həm Böyük insan və siyasi lider olan H.Ə. Əliyevə olan sevgi və ehtiramı, həm də onun Azərbaycan Respublikasının müstəqilliyinin qorunması sahəsindəki əvəzsiz xidmətlərini göstərən tarixi bir qiymətdir. Dərslik ali məktəblərin tələbələri, gömrük işi sahəsində çalışan dövlət məmurları və bu sahə ilə maraqlanan bütün şəxslər üçün nəzərdə tutulmuşdur.

Çap tarixi
2004
Müəllifi
Kəmaləddin Heydərov
Dil
Azərbaycan
Janr
Dərslik
Format
PDF