Çap tarixi
2008
Müəllifi
İ.Mehrəliyev, Ə.Abduləzimov
Dil
Azərbaycan
Janr
Dərslik
Format
PDF
Gömrük fəaliyyətinin iqtisadiyyatı

Azərbaycan dövlətinin Avroasiyanm keçid mərkəzində yerləşməsi ölkəmizə marağı başqa ölkələrlə müqayisədə bir neçə dəfə artırır. Bu, ölkə iqtisadyyatı üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın qapalı iqtisadi sistemdən çıxıb dünya bazar münasibətləri sisteminə qoşulması nəticəsində özünün müstəqil gömrük sistemini yaratmışdır. 1992-ci ilin 30 yanvarı ölkəmizdə gömrük xidməti təşkilinin yarandığı gün kimi qeyd edildi. Ölkəmizin gömrük xidməti müstəqilliyimizin əsas atributlarından biri sayılır. Elə bu baxımdan əsas bayram kimi qeyd edilən günlərdən biri də, ölkənin gömrük xidməti günü sayılır. Gömrük xidmətindən gələn rüsumlar ölkə büdcəsinin əsas sahələrindən biri olub daxili bazarın formalaşmasında böyük rol oynayır. Ölkəyə gətirilən və ölkədən çıxa- rınlan mallardan qanunlar əsasında rüsumlann tutulub büdcəyə daxil edilməsi ilə yanaşı həm də qaçaqmalçılığın qarşısının alınmasında gömrük xidməti əsas rol oynayır. Nəzərə alsaq ki. Yaxın şərq ölkələri xüsusilə Əfqanıstan və İrandan narkotik maddələr Qərb ölkələrinə Azərbaycan vasitəsilə keçirilir, bu halda Azərbaycanın gömrük xidmətinin bizim ölkəmizlə yanaşı başqa ölkələr üçün də əhəmiyyət kəsb etməsinin şərhinə ehtiyac qalmır. Keçid dövrünü çətinliklərindən istifadə edən kommersantlar qonşu ölkələrin keyfiyyətsiz mallarının ölkəmizə gətirilməsi, xalqımıza nə dərəcədə zərər verməsi dəfələrlə sübut olunmuşdur. Hətta saxta dərman preparatlarının ölkəmizə satışının yol tapması əhalinin sağlamlığına mənfi təsir edir. Bu baxımdan Azərbaycanın gömrük xidmətinin ölkə iqtisadiyyatında və əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasında əhəmiyyəti çox yüksəkdir. Hazırda bu sahədə aparılan tədbirlər gömrük işinin yaxşılaşması üçün əsas amil sayılır. Gömrük xidməti təşkilatının işini beynəlxalq təşkilatların standartları səviyyəsində qurmaq ölkədə sahibkarlığın inkişafında, bu ölkə iqtisadiyyatının yüksəlişində əsas əhəmiyyət kəsb edir. Belə halda dünya ölkələri ilə iqtisadi əlaqələrin inteqrasiyası genişlənməklə, gömrük qanunlarının yerinə yetirilməsini sürətləndirir. Ölkə sərhədlərinin müxtəlif rəsmi və qeyri rəsmi keçidlərindən rüsumsuz məhsulların, keyfiyyətsiz məhsulların, qadağan olunmuş malların, narkotik maddələrin keçirilməsi qarşısının alınmasında gömrük işçilərinin üzərinə çox böyük məsuliyyət düşür. Ölkə büdcəsinin təmin edilməsi üçün, iqtisadiyyatın yüksəlişi gömrük siyasətinin formalaşmasının əsas mahiyyətini təşkil edir. Çox geniş səlahiyyətlərə malik gömrük xidməti təşkilatı ölkə ərazisində daxili bazarın qorunması, mal dövriyyəsinin tənzimlənməsi hesabına xeyli iqtisadi gəlir gətirmək gömrük siyasətinin əsasını təşkil edir. Ölkənin hüquq və maliyyə orqanlarında olduğu kimi gömrük xidməti ölkənin xarici ticarət dövriyyəsinin nizamlanmasında, iqtisadi qanunların yerinə yetirilməsində gömrük işlərini nizamlayır, dövlət sərhədlərinin iqtisadi şəffaflığının və gömrük infrastrukturunun inkişaf etdirməklə, müstəqil ölkənin iqtisadi təhlükəsizliyinin qorunması kimi əsas vəzifələri yerinə yetirir. Bu məqsədlə göndərilən və gətirilən mallardan verginin tutulmasını yerinə yetirir. Həmçinin gömrük qanunlarının aliliyini əsas tutaraq gömrük statistikasının şəffaflığının qorunmasına birbaşa məsuliyyət daşıyır. Gömrük siyasətinin funksiyaları əsasən rüsumlar, müxtəlif vergi yığımları, lisenziyalaşdırma və kvotaşdırma, paratarif tədbirləri, qiymətlər üzərində nəzarət tədbirləri, ixracın məhdudlaşdırılması, monopolist (inhisar) tədbirləri və s. belə qeyri tarif məhdudiyyətlərinin tətbiqi büdcənin doldurulması istiqamətində ölkə iqtisadiyyatını yüksəldir. Gömrük işinin təşkili və idarə edilməsi ixtisasları üzrə tədris planında nəzərdə tutulmuş «Gömrük fəaliyyətinin iqtisadiyyatı» fənninin proqramına uyğun yazılmış bu dərslikdə gömrük fəaliyyətinin bir sıra vacib məsələləri öz əksini tapmışdır. Burada qarşıya bir neçə məqsəd qoyulmuşdur: 1. Tələbələrə gömrük xidmətinin ölkənin iqtisadi həyatındakı rolunu, gömrük siyasətinin dövlətin ümumi xarici və daxili siyasətinin tərkib hissəsinin olmasını anlatmaq. 2. Xarici iqtisadi fəaliyyətin təşkilində ixracın stimullaşdırma siyasətinin inkişaf etdirilməsinin ölkə iqtisadiyyatının möhkəmlənməsinə olan təsirini anlamaq. 3. Xarici iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsinin həyata keçirilməsinin məqsədi və onların həyata keçirilməsinin ölkə iqtisadiyyatına, daxili bazarın qorunması və əhalinin mənafeinin qorunmasmdakı rolunu öyrənməkdən ibarətdir. Dərslik iqtisad təmayüllü universitetlərin «Gömrük işinin təşkili və idarə edilməsi», «BİM» ixtisaslarında oxuyan bakalavr və magistrlər üçün nəzərdə tutulmuşdur. Bundan əlavə dərsliyə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu, «Gömrük tarifi haqqında» qanun və malın mənşə ölkəsinin təyin edilməsi qaydası da əlavə edilmişdir.

Çap tarixi
2008
Müəllifi
İ.Mehrəliyev, Ə.Abduləzimov
Dil
Azərbaycan
Janr
Dərslik
Format
PDF