Çap tarixi
-
Müəllifi
Artur Konan Doyl
Dil
Azərbaycan
Janr
Detektiv
Format
PDF
Baskervillerin iti

Mister Şerlok Holms adəti üzrə yuxudan gec durmuşdu, masa arxasında oturub səhər yeməyini ye yirdi. Mən buxarının qabağında dayanıb, dünən bizə gələn adamın yadından çıxardığı əl ağacını nəzərdən keçirirdim. Ağacın əl tutan yerindən bir az aşağıda kiçik bir gümüş lövhəcik vurulmuşdu: Arxası mənə tərəf oturmuş Holms üzünü çevirmədən dilləndi:

– Hə, Uotson, bu əl ağacı haqqında nə fi kirdəsiniz? Dünən onun sahibi ilə söhbət etməyə vaxt olmadı.

– Məncə, bu adam həkimdir. Özü də kənd həkimidir. Yəqin ki, böyük hörmət sahibidir.

– Nədən belə düşünürsünüz?

– Bu cür əl ağacından, adətən, həkimlər istifadə edirlər. Ağacın ucuna vurulan dəmir lap yeyilmişdir. Deməli, bu adam piyada çox gəzir. Kənd həkimləri piyada çox gəzməli olurlar. Bir də ki, əgər dostları ona belə bir hədiyyə veriblərsə, deməli, ona hamı hörmət edir.

Holms dedi:

– Çox ağlabatan fikirdir. Uotson, siz xəfiyyəlikdə çox irəli getmisiniz!

Bunu deyib Holms əl ağacını məndən alıb, pəncərəyə yaxınlaşdı, ağacı lupa ilə gözdən keçirməyə başladı.

– Uotson, Sizin dediklərinizə mən bunları əlavə edə bilərəm. Bu ağac mister Mortimerə Çarinq-Kross xəstəxanasında işləyən həkim dostları tərəfindən veri lib. Mortimer oradan beş il bundan əvvəl getmişdir. Bundan başqa deyə bilərəm ki, Çeyms Mortimer şöhrətpərəst deyil, bir qədər dalğın adamdır və onun çox da böyük olmayan sevimli iti var.

Şerlok Holms özündən razı halda divana söykəndi, qəlyandan bir-iki qüllab vurub havaya kiçik tüstü həlqələri buraxmağa başladı. Mən şübhəli-şübhəli güldüm.

– Xəstəxananın adı və Mortimerin oradan getmə tarixi ilə bağlı dediklərinizlə razılaşmaya bilmərəm. Lövhəcikdəki ÇKX hərfləri buna işarə edir. Lakin söylədiyinizin son hissəsini yoxlamaq mümkün deyil.

– Əgər bu adam adlı-sanlı xəstəxananı atıb kəndə həkimlik etməyə gedirsə, deməli, şöhrətpərəst deyil. Dünən mister Mortimer qonaq otağında bir saatdan artıq gözlədikdən sonra, vizit vərəqi əvəzinə, əl ağacını qoyub getmişdir. Bu isə onun dalğınlığına dəlalət edir.

Çap tarixi
-
Müəllifi
Artur Konan Doyl
Dil
Azərbaycan
Janr
Detektiv
Format
PDF