Ticari marketinq meneceri vakansiyası


Ticari marketinq meneceri

Əsas tələblər:

– Minimum təhsil dərəcəsi: Bakalavriat
– Kompüter bilikləri: MS Office – əla;
– Dil bilikləri: İngilis – yaxşı, Rus – yaxşı;
– Təcrübə: Ticari marketinq sahəsində ən azı 3 il, Marketinq sahəsində ümumi 5 il iş təcrübəsi;
– Marketinq sahəsi üzrə əsas biliklər;
– Datanı təhlil etmək, təhlil nəticəsində problemləri müəyyənləşdirmək və onların həll yollarını müəyyən etmək;
– Pərkandə bazarı və xüsusi ilə su və içki sektoru üzrə bilklər;
– Satış nöqtələrində istehlakçı yönümlü tətbiqetmələr, promosiya fəaliyyətləri, reklam və pop yerləşdirmə, qiymətləndirmə, araşdırma kimi mövzularında bilik və təcrübə;
– Ticarət tərəfdaşlığının inkişaf etdirilməsi yönündə danışıq bacarıqları;
– Yüksək səviyyədə təşkilatçılıq və planlaşdırma bacarığı.

Fərdi keyfiyyət göstəriciləri:

– Komanda üzvlərinin inkişaf və motivasiyasına müsbət təsir göstərəcək liderlik və idarəetmə bacarıqları;
– Aydın və inandırıcı ünsiyyət qurma bacarığı;
– Strateji və taktiki vizyona sahib olmaq;
– İşini sevmə və sürətli iş tempinə asanlıqla uyğunlaşa bilən.

Digər tələb və üstünlük göstəriciləri:

– Marketinq sahəsi üzrə beynəlxalq və ya yerli sertifikat;
– Su və içki sektoru üzrə təcrübə.

İş barədə:

Strateji inkişaf, planlaşdırma və icraetmə üzrə:
– Marketinq və satış büdcəsi çərçivəsində illik ticari marketinq fəaliyyəti planının və büdcəsinin hazırlanması;
– Ticari marketinq fəaliyyətinin idarə edilməsi;
– Marka və satış strategiyalarını yaratmaq məqsədi ilə marketinq və satış komandası ilə sıx əlaqə yaradaraq fəaliyyətlərin təşkili;
– Marka strategiyalarına uyğun promosiya və kampaniyalar təklif etmək;
– Bazar araşdırmaları etmək;
– Müştəri ilə sıx əlaqə yaratmaq və ehtiyaclarının müəyyən edilməsi;

– Ölkə iqtisadiyyatın, bazardakı trendlərin və rəqib fəaliyyətlərinin yaxından izlənilməsi;
– Pərakəndə satış nöqtələri üçün marketinq strategiyalarının inkişaf etdirilməsi;
– Şirkətin marketinq hədəflərinə uyğun penetrasiyanın təmin edilməsi və bu məqsədlə satış ediləcək nöqtələrin müəyyənləşdirilməsi;
– Ticari marketinq xərclərinin planlaşdırılması, sistematik proseslərin icrası və büdcənin təqib edilməsi;
– Bazar tendensiyaları və imkanlarını izləmək, bazar payını artırmaq üçün layihə təklifləri hazırlamaq;
– Fəaliyyət planlarının sahədə ən təsirli şəkildə həyata keçirilməsini təmin etmək üçün bölgə müdirləri ilə daim çalışılması;
– Dağıtım, sərgiləmə, rəf, mağazadakı fəaliyyət planlarının yaradılması və onların ən effektiv şəkildə həyata keçirilməsi üçün yoxlama (checklist) sisteminin qurulması və təqib edilməsi.

Təhlil və hesabat üzrə:
– Satış kanallarının səmərəliliyinin araşdırılması və planlaşdırılması;
– Aylıq, rüblük, altı aylıq məhsul/kanal satış müqayisələrinin aparılması və bu məlumatların müvafiq şöbələrlə bölüşdürülməsi, inkişaf üçün tədbirlər görülməsi;
– Rəqibləri araşdırmaq və təhlil etmək, lazımi hesabatları rəhbərliyə təqdim etmək;
– Qiymətlərin yerləşdirilməsi baxımından rəqib qiymətlərini təhlil edərək, rəqabətli qiymət strukturunun yaradılması;
– Bazar məlumatlarının təhlil edilməsi;
– Bütün sahə üzrə fəaliyyətlərin planlaşdırılması, fəaliyyətlərin icrasının təqibi və nəticə üzrə təhlillərin aparılması;

İş vaxtının norması:

– 09:00-18:00 / 5 günlük iş həftəsi

Vəzifə üzrə əmək haqqı:

– Namizədin bilik və bacarığına uyğun olaraq

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Ticari marketinq meneceri buqelemun” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Vakansiyalar Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin