Əlaqə vasitələri
Telefon: 
(051) 619-60-64
E-poçt: 
aytajalasgarli@gmail.com
Qadın gülərsə


Böyük Britaniyanın "Konflikt, Sabitlik və Təhlükəsizlik Fondunun" dəstəyi ilə Baku IdeaLab tərəfindən həyata keçirilən "Öz Səsini Kəşf Et" proqramının "Öz Şəhərini Dəyiş" istiqaməti çərçivəsində seçilmiş layihələrdən biri olan “Qadın gülərsə” layihəsi ərzində zorakılığa məruz qalmış 15 qadınla birlikdə 3 günlük təlim sessiyası həyata keçiriləcəkdir.

Təlim boyunca zorakılığın növləri və qadınların öz təməl hüquqları kimi mövzular ətrafında maarifləndirici söhbətlər aparılacaq. Təlimin bir günündə isə zərərçəkmiş qadınlar ilə psixoloji seansın keçirilməsi nəzərdə tutulur.

Layihənin məqsədi
- cəmiyyəti zorakılıq mövzusunda məlumatlandırmaq və həssaslığı artırmaq;
- zorakılığın qurbanı olmuş qadınları cəmiyyətə yenidən qaytarmaq;
- həmçinin ölkədə zorakılıq hallarının müəyyən qədər qarşısının alınmasına nail olmaqdan ibarətdir.
Layihənin təqdimat mərasimində qadınların ideyalarına əsasən üzərində illustrasiyalar və müxtəlif yazılar əks olunan bir sıra əşyalar paylanılmaqla yanaşı, qadınların öz hekayələrini danışdığı, eləcə də qısa məzmunlu hüquqi maarifləndirmənin əks olunduğu videoçarx təqdim olunacaq.

Təlim müddəti: 10-12 mart
Təlim saatları: 14:00-17:00
Təlimin keçiriləcəyi məkan: Baku IdeaLab (Nizami m/s yaxınlığı, 44 C.Cabbarlı küç., Capian Plaza 3, 3-cü mərtəbə)
Kimlər müraciət edə bilər: Öz hekayəsini bizimlə bölüşmək istəyən qadınlar.

Müraciət linki:
https://docs.google.com/forms/d/e/1FAIpQLSeYDcyJbiQG8Y05Oy4ffSIXEHgUqYr8AWW7Ro_VnNJOor4X3Q/viewform?vc=0&c=0&w=1

Müraciət üçün son tarix: 8 mart, 2020
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:
aytajalasgarli@gmail.com
(051) 619-60-64


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Seminarlar Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin

Əlaqə vasitələri


Telefon:  (051) 619-60-64
E-poçt:  aytajalasgarli@gmail.com