Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
E-poçt: 
internship@norm.az
NORM şirkəti yay təcrübə programı elan edir


NORM ASC peşəkar iş mühitindən yararlanaraq gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə 2020-ci il üçün ödənişli yay təcrübə programı elan edir. Təcrübə programı sizə texniki və fərdi bacarıqlarınızın real iş yerində artırılmasına kömək olacaqdır.

Şirkət haqqında

İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur. Zavodda hal-hazırda 4 çeşiddə - CEM II/A-P 32,5R, CEM II/B-L 32,5R və CEM II/A-P 42,5R, CEM II/A-P 32,5N (SDPS 500 Ə-20) - sement istehsal olunur. Bu sement növləri müvafiq olaraq KLASS B, KLASS C500 və KLASS S adı ilə satışa çıxarılır. Məhsullara Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu tərəfindən DİN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunmuşdur.

Şərtlər:

İş qrafiki: Standart ( 5 günlük)

Müddət: 1-3 ay

Əlavə olaraq: Nahar və nəqliyyat xidməti

Proqramla bağlı tələblər:

-Təcrübə proqramına müraciət forması

-Norm Sement zavodunda təcrübə keçməkdə məqsədi və gələcək karyera planlarını əks etdirən məlumat (Niyyət məktubu)

-Tələbə/Magistr olduöunu təsdiq edən sənəd (tələbə bileti) və ya diplomun surəti

-Şəxsiyyət vəsiqəsinin surəti

Kimlər müraciət edə bilər:

Təcrübə proqramına aşağıdakı ixtisaslar üzrə təhsil alan III və IV kurs bakalavr tələbələri və ya magistr pilləsində təhsil alan şəxslər, həmçinin təhsilini 2018 və 2019-cu tədris ilində bitirmiş məzunlar qatıla bilər.

-İnşaat Materiallarının istehsal texnologiyası və tikintinin təşkili

-Kimya mühəndisliyi

-Sənaye mühəndisliyi

-Təchizat zəncirinin idarə edilməsi

- Hüquq/Beynəlxalq hüquq 

-Kompyuter mühəndisliyi elmləri

-İqtisadiyyat/ Biznesin təşkili və idarə edilməsi

-Nəqliyyatın təşkili və idarə olunması

-Texnoloji maşınlar və Metallurgiya/Maşınqayırma

-Elektronika və Avtomatika/ İstehsalat proseslərinin avtomatlaşdırılması

-Elektrik

-İdarəetmə Sistemləri/ Standartlaşdırma və sertifikasiya

-SƏTƏM/ Ekologiya

-İnsan resurslarının idarə olunması

Müraciətlər:

Müraciətlərinizi 31 may 2020-ci il tarixinədək internship@norm.az e-mail ünvanına mövzu hissədə uyğun gəldiyiniz ixtisas adını qeyd edərək göndərməyiniz xahiş olunur.

Qeyd:

Şirkət təcrübə müddətində təcrübəçi ilə əmək qanunvericiliyinə müvafiq olaraq əmək müqaviləsi bağlayacaqdır. Təcrübə proqramı bitdikdən sonra şirkət təcrübəçiləri mütləq qaydada işə götürmək öhdəliyi daşımır.

 


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Təcrübə proqramları Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin
Buhaqqında məlumat

Əlaqə vasitələri


E-poçt:  internship@norm.az