Məhkəmələr və dövlət orqanları ilə iş şöbəsində baş hüquqşünas vakansiyası


Azərbaycan Beynəlxalq Bankı Hüquq departamentinin Məhkəmələr və dövlət orqanları ilə iş şöbəsinə baş hüquqşünas vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 

Görəcəyiniz işlər:

  • Kredit və təminat müqavilələri (girov, ipoteka, zaminlik, qarantiya və digər) üzrə, habelə bunlardan irəli gələn ayrı-ayrı mübahisələr istisna olmaqla, Banka qarşı qaldırılmış və/və ya Bankın qaldırdığı iddialar üzrə Bankı aidiyyəti məhkəmələrdə təmsil etmək mübahisələrin həlli üçün strategiyanı müəyyən etmək, habelə iddia ərizələri və digər sənədləri hazırlamaq;
  • Məhkəmə işlərinin aparılması üçün zəruri olan məktub, bildiriş, ərizə və s. şablonları hazırlamaq;
  • Məhkəmələrdən, dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrlə hüquqi müstəvidə işin təşkilini təmin etmək, onlardan daxil olan sorğuları və müraciətləri hüquqi ekspertizadan keçirmək və cavablandırmaq, habelə bununla bağlı vahid reyestri yaratmaq;
  • Məhkəmə qərarlarının icrası ilə bağlı Bankın digər struktur bölmələrindən daxil olan sorğuları cavablandırmaq;
  • Bankın gündəlik fəaliyyəti ilə əlaqədar dövlət orqanlarında, ictimai və digər təşkilat və müəssisələrdə Bankın hüquqlarını və mənafeyini qorumaq məqsədi ilə təmsilçilik etmək;
  • Bankı hüquq-mühafizə orqanlarında (polis, prokurorluq, məhkəmə, ədliyyə, vergi və s.) zərərçəkən şəxs, mülki iddiaçı, mülki cavabdeh qismində təmsil etmək;
  • Banka daxil olan icra sənədlərinin hüquqi ekspertizasını həyata keçirmək və icra edilməli olan icra sənədlərini aidiyyəti üzrə Bankın müvafiq struktur bölmələrinə təqdim etmək.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
  • Davamlı karyera inkişafı
  • Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
  • Hüquq sahəsində potensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.

Bizim üçün ideal namizəd:

  • Hüquq üzrə ali təhsilli;
  • Maliyyə sahəsində ixtisaslaşmış və məhkəmələrdə çıxış təcrübəsi olan (vəkil olması arzuolunandır);
  • Rus dilini əla səviyyədə bilən;
  • Ofis proqramlarında sərbəst işləməyi bacaran şəxsdir.

 

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu:   Buqelemun Məhkəmələr və dövlət orqanları ilə iş şöbəsinin baş hüquqşünası “)

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Əlavə məlumat üçün: www.ibar.az


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Vakansiyalar Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin