Header 1" #SEO və #SEM təlim kursu çərçivəsində 3, 4, 5, 6-cı təlimlər keçirilib

*"Header 1" #SEO və #SEM təlim kursu çərçivəsində 3, 4, 5, 6-cı təlimlər keçirilib*

"Header 1" #SEO və #SEM təlim kursu çərçivəsində 26 fevral tarixində 3-cü, 29 fevral tarixində 4-cü, 4 mart tarixində 5-ci, 11 mart tarixində 6-cı təlim keçirilib.

Üçüncü təlim gününün birinci hissəsində Müzəffər Qarayevin təqdimatında saytların axtarış motorlarında optimizasiyası üçün ən önəmli faktor olan #Kontent haqqında

- Writing SEO Contents
- Content Optimization
- Power Page
- Long Content Writing Tips;

mövzuları üzrə, gününün ikinci yarısında isə qonaq spikerimiz, Biznes Analitik - Nüsrət Məmmədov-un təqdimatında "Rəqəmsal Marketinqin Biznesdə rolu" haqqında təlim sessiyası baş tutub.

Dördüncü təlim gününün birinci hissəsində saytların SEO strategiyası üçün önəmli vasitələrdən olan #Backlink-lər haqqında

- Backlink
- Create Backlink
- Linkreators

mövzularını əhatə edən təlim sessiyası keçirilmiş, təlim gününün ikinci yarısında isə ümumilikdə 32 nəfərin bölündüyü 6 komandanın hər birinə fərqli mövzu haqqında kontent yazmaq və hər komandaya spesifik saytın SEO analizinin edilməsi tapşırığı verildi.

Beşinci təlim günü ərzində "Saytların SEO üzrə Google-da 100 sıralama faktoru" mövzusu üzrə təlim sessiyası keçirilib. Qarşılıqlı müzakirələr əsasında davam edən təlim müddətində iştirakçılar SEO strategiyasının qurulmasında ən önəmli faktorları öyrəndilər.

Altıncı gün - Təqdimat günündə komandalar hazırladıqları kontent və saytın SEO analizini təqdim etdilər. Komandaların işləri əvvəlcədən müəyyənləşdirilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq təlimçi tərəfindən dəyərləndirildi və qalib komandalar seçildi. Qalib komandaların üzvləri təcrübə proqramına yönləndiriləcək və onlayn kurslar hədiyyə olunacaq.

Bununla da, "Header 1" SEO və SEM təlim kursu çərçivəsində təlim sessiyası başa çatdı.

“Header 1” Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, AYAFE Gənclər Təşkilatının təşkilati dəstəyi, Mediamark, Elseo.az, Data SoCool şirkətlərinin tərəfdaşlığı, buqelemun.com və edumap.az-ın media dəstəyi ilə həyata keçirilir.

çərçivəsində 3, 4, 5, 6-cı təlimlər keçirilib*

Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Xəbərlər Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin