Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
+994 12 596 33 84
E-poçt: 
info@fincaazerbaijan.com
Ünvan: 
Cəfər Cabbarlı küç., 44, Caspian Plaza Bakı, Azərbaycan, AZ 1065
FINCA Azerbaijan vakansiya elan edir


Mərkəzləşdirilmiş Kredit Satışı üzrə İşçi Mərkəzləşdirilmiş Kredit Supervayzerinin rəhbərliyi altında müştərilərə ehtiyaclarını müəyyən etməkdə dəstək olacaq, müştərilərin ehtiyaclarını ödəyəcək kredit məhsullarını və miqdarını seçməkdə məsləhət verəcək məsul şəxsdir.

Başlıca fəaliyyətlər:

• Müştərinin cari kredit və sahib olduğu biznes növü ilə hesabatdan və ya ehtiyac olduğu təqdirdə sistem üzərindən tanış olmaq
• Müştəriyə məhsulu satmaq üçün FİNCA məhsulunun üstünlüklərini və sadələşdirilmiş kreditvermə prosesini təsvir etmək
• Müştəri imtina edərsə imtina səbəbini müəyyən etmək və əgər səbəb FİNCA ilə bağlıdırsa, problemin mümkün həll yollarını təklif etmək
• Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlayaraq yüksək keyfiyyətli satış imkanları yaratmaq
• Ehtiyac olduğu təqdirdə potensial müştərilərlə vaxtı-vaxtında əlaqə saxlayaraq prosesi nəzarətdə saxlamaq
• Xarici mənbələrədən ( kredit qeydiyyatı, büro və digər) müştərinin xarici kredit tarixçəsini yoxlamaq və proqrama daxil etmək
• Sistem tərəfindən kredit avtomatik təsdiqləndikdə, tələb olunan sənədləri müvafiq filiala göndərmək, müştəri ilə əlaqə saxlayıb ona təsdiq məlumatını, eyni zamanda onunla filialdan nə zaman əlaqə saxlayacağını və kreditin alınması üçün hansı sənədlərin lazım olacağını bildirmək
• Etdiyi zənglər əsasında gündəlik/ həftəlik hesabat hazırlamaq
• Mərkəzləşdirilmiş Kredit Satış nümayəndələrinə digər məsələlərlə bağlı kömək etmək

Tələblər:

• Maliyyə, İqtisadiyyat, Marketinq və digər uyğun sahələr üzrə bakalavr təhsili;
• Ümumi kreditvermə proses və prosedurları haqqında məlumatlı olmaq;
• Kredit məhsullarına dair kreditvermə siyasəti və prosedurları üzrə işləmə bacarıqları;
• Fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq;
• Güclü satış bacarığı;
• Satış xidmətləri sahəsində təcrübə;
• Yüksək təşkilati və vaxtı idarəetmə bacarığı;
• Kredit vermə və digər oxşar sahə üzrə təcrübə üstünlükdür;
• Azərbaycan dilində səlist danışmaq və yazmaq bacarığı;
• Microsoft Office proqramları daxil olmaqla kömpüter bilik və bacarığı.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 15 Avqust 2020-ci il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində Mərkəzləşdirilmiş Kredit Satışı üzrə İşçi qeyd etməklə göndərə bilərsiniz.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Vakansiyalar Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin
Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  +994 12 596 33 84
E-poçt:  info@fincaazerbaijan.com
Ünvan:  Cəfər Cabbarlı küç., 44, Caspian Plaza Bakı, Azərbaycan, AZ 1065
Ən son Vakansiyalar
Sharaf Media vakansiya
 31 İyul 2020
Prior Leasing vakansiya
 30 İyul 2020