Data socool


Data SoCool Data Təhsili şirkəti Azərbaycan Dövlət İqtisad Universitetinin MBA Biznes Analitikası ixtisasının tədris proqramını yenidən dizayn edib.
Ölkəmizdə ilk dəfə data sahəsində universitet ixtisası olaraq təsis edilmiş MBA Biznes Analitikası ixtisasının tədris proqramı beynəlxalq və yerli iş dünyasının tələbləri, inkişaf tendensiyalarına daha uyğun şəkildə yenidən formalaşdırılmışdır. Data SoCool şirkətindən buqelemun.com a daxil olan informasiyaya əsasən, tədris proqramına magistrantların birbaşa iş dünyasının tələblərinə uyğun bilik və bacarıqlar əldə etmələri üçün nəzəri və praktiki mövzuların paralel tədris edildiyi dərslər əlavə edilmişdir. Həmçinin, tədrisdə mövzuların öyrənmə ardıcıllığı və intervalı da önəmli faktor olaraq nəzərə alınmışdır. Tədris proqramının dizayn olunmasında Data SoCoolun Tədris Departamenti rəhbəri Aytac Alıyeva, Data SoCool Karyera Mərkəzinin rəhbəri İsa Zeynal və Data SoCoolun Biznes Analitikası üzrə eksperti Kamal Mirzəyev rol almışdır.
Məlumat üçün bildirək ki, Data SoCool Azərbaycanda aparıcı data təhsili şirkətidir və hazırda Oracle Database SQL, Pyhton, R ilə data analitikası, Excel ilə Analiz, Data vizuallaşdırılması və digər data bacarıqlarını tədris etməkdədirlər.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Xəbərlər Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin