Bizimlə Ol layihəsi


Be with US
U.S. Embassy Baku / ABŞ-ın Azərbaycandakı Səfirliyi nin maliyyə dəstəyi ilə “İcma Quruculuğu Təşəbbüsləri” Proqramı çərçivəsində "Bizimlə OL" layihəsinin Bərdə rayonunda keçirilən 5 günlük təlimlər hissəsi yekunlaşıb və iştirakçılar tərəfindən hazırlanan sosial teatrların təqdimatı həyata keçirilib.
Təqdimatdan öncə layihənin iştirakçılarının hazırladığı kiçik proqram göstərilmişdir. Daha sonra isə, gənclər hazırladıqları "İş yerlərində inkluzivlik problemi", "Cəmiyyətin əlliliyi olan şəxslər ilə davranışı", "Nəqliyyatda əlliliyi olan şəxslərin yaşadığı problemlər" adlı 3 sosial teatrı nümayiş etdiriblər. Tamaşaların sonunda auditoriya ilə fikir mübadiləsi aparılmış və fikirləri öyrənilmişdir. Tədbirdə Bərdə ictimaiyyəti, Bərdə regional ASAN xidmətin nümayəndələri və könüllüləri, 5 nömrəli məktəbin müəllimləri və şagirdləri, layihə iştirakçılarının valideynləri, gənclər və media nümayəndələri iştirak etmişdir. Sosial tamaşalar tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir.
Tədbirin sonunda isə təlimdə uğurla iştirak edən 15 gənc (5 fiziki məhdudiyyətli və 10 tipik gənc) sertifikatla təltif olunub.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Sosial fəaliyyət Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin