Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
(012) 493 00 91
E-poçt: 
cv@ibar.az
Ünvan: 
Nizami küçəsi 67 Baku, Azerbaijan
Azərbaycan Beynəlxalq Bankı vakansiya elanı


“ABB” ASC Partnyorlarla iş departamentinin Ekvayrinq biznesinə dəstək şöbəsinə monitorinq üzrə baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

Partnyor şəbəkəsinin monitorinqnii tənzimləmək;
Reklam vasitələrinin yerləşdirilməsi (partnyor şəbəkəsində) təmin etmək;
POS terminal vasitələrinin təhvil/təslim edilməsinə nəzarət;
Monitorinq əməkdaşlarının iş qrafikini tənzimləmək;
Partnyor şəbəkələrinin satış/xidmət məntəqələrində ekvayrinq cihazlarının düzgün istifadəsini tənzimləmək.

Bizim üçün ideal namizəd:

Ali təhsil;
Monitorinq üzrə ən azı 3 il iş təcrübəsi olan;
Ünsiyyət bacarığı olan;
Təqdimat bacarığı olan;
Fərdi və komanda tərkibində işləməyi bacaran;
Ofis proqramlarında, xüsusi ilə yüksək Excell və PowerPoint bilikləri,
Azərbaycan dili yüksək səviyyədə, Rus dili (üstünlükdür);

Bu iş sizə nələri qazandıracaq:

Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına 25.04.2020 tarixinədək göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Monitorinq üzrə baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Vakansiyalar Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin
Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  (012) 493 00 91
E-poçt:  cv@ibar.az
Ünvan:  Nizami küçəsi 67 Baku, Azerbaijan