Açıq dərs: Oracle Database SQL ilə tanışlıq və sadə SQL əmrlərinin izahı


Açıq dərs: Oracle Database SQL ilə tanışlıq və sadə SQL əmrlərinin izahı

Oracle Database SQL öyrənmək istəyənlər!
17 yanvar tarixində Peşəkar Data Analitikası təlimləri sahəsində ixtisaslaşmış Data SoCool tərəfindən Oracle Database SQL ilə tanışlıq və sadə SQL əmrlərinin izahı mövzusunda açıq dərs baş tutacaq.

Açıq dərsdə:
- Verilənlər bazasının idarəetmə sistemləri (DBMS) nədir;
- Oracle RDBMS ilə tanışlıq;
- SQL sorğu dili nədir və tətbiq sahələri;
- SQL əmrlərinin təsnifatı;
- Ən sadə SQL sorğusu, SELECT əmrinin izahı;
- SQL sorğularında şərt operatorlarının tətbiqi;
- Bool məntiqinin izahı;
- Mürəkkəb şərtlərin kombinasiyası;
- Sorğu nəticələrinin sıralanması izah olunacaq;
Və açıq dərsin sonunda sərbəst sual-cavab sessiyasında suallarınız cavablandırdılacaq.

Təlimçi haqda:
Şahin Kərimov - Oracle Database SQL Expert Certified. SQL üzrə təcrübəsi 2007-2019-cu illəri əhatə edir. Aparıcı özəl banklardan birinin IT Departamentinin rəhbəridir. Həmçinin, Xəzər universitetində elmi fəaliyyətlə məşğuldur. 2012-ci ildən etibarən həm fərdi, həm korperativ təlimlərdə təlimçi olaraq çıxış edir.

Qeyd:
- Açıq dərsdə iştirak ödənişsizdir.
- Açıq dərsdə iştirak qeydiyyatladır və yerlər məhduddur.
- Qeydiyyatdan keçmiş iştirakçılarla 15-16 yanvar tarixlərində əlaqə saxlanılacaq.

Tarix:
17 yanvar, 19:00
Məkan:
Data SoCool, Bakıxanov küç 37, Univerium Tələbə Şəhərciyi
İştirak üçün qeydiyyat linki:
shorturl.at/fgyCE

Data SoCool data analitikası təlimləri və data məhsulları sahəsində ixtisaslaşmış, ətrafında onlarla peşəkarı toplamış data Platformasıdır

Daha ətraflı:
https://datasocool.com/
https://www.facebook.com/datasocool


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Sosial fəaliyyət Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin