"Milli dəyərlərimizin qorunması və təbliği" adlı onlayn seminar keçirildi


11 iyulda Binəqədi Gənclər evindən (Binəqədi Gənclər Evi / Binagadi Youth House) olan iştirakçılar tərəfindən həyata keçirilən „Milli Dəyərlərimiz“ təşəbbüsü çərçivəsində, "Milli dəyərlərimizin qorunması və təbliği" adlı onlayn seminar keçirilmişdir.

Seminar zamanı milli dəyərlərimizin qorunması və təbliğ olunması, unudulmaqda olan və unudulmuş adət ənənələr, milli mətbəx, filmlərimizdəki təbliğat alətləri, ədəbiyyatımızda Azərbaycan dilinə yanaşma mövzularına toxunulmuş, seminar iştirakçıları ilə mövzu ətrafında müzakirələr aparılmış, onların fikirləri öyrənilmişdir.

Seminar zamanı „Milli Dəyərlərimiz“ təşəbbüs komandası Azərbaycanın müsiqi, mətbəx və adət ənənlərinin gənclərə tanıdılması və təbliği sahəsində görüləcək işlərlə bağlı seminar iştirakçılarına məlumat verilmiş və onların rəyləri dinlənilmişdir.

Bu təşəbbüs Unicef Azerbaijan “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində həyata keçirildi. Layihənin maliyyə dəstəkçisi Avropa İttifaqı, dövlət tərəfdaşları isə Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondu oldu.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Xəbərlər Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin