"Karyera planlaşdırılmasında seçimlər və imkanlar" vebinarı


Əziz gənclər!

 Mingəçevir Gənclər Evi və "İşıqlı Gələcək" GİB-in birgə təşkilatçılığı ilə keçiriləcək yeni vebinar zamanı Sizinlə ən aktual mövzulardan biri olan karyera planlaşdırılması müzakirə ediləcək.

Mingəçevir Gənclər Evinin İnstagram hesabında baş tutacaq canlı yayım zamanı qonağımız bir çoxunuzun yaxşı tanıdığı və sevdiyi Sabirabad Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Rəşad Qurbanov olacaq. "Karyera planlaşdırılmasında seçimlər və imkanlar" mövzusunda baş tutacaq görüşdə Siz:⠀
karyeranızı planlaşdırarkən seçim və imkanlarınız arasında balansı necə tənzimləyə biləcəyinizi;⠀
karyera seçimində şəxsi keyfiyyətlərinizi nəzərə almağın nə kimi üstünlükləri olduğunu;⠀
karyeranızı planlaşdıran zaman əmək bazarında mövcud olan iş imkanlarının araşdırılması yollarını və onun faydalarını öyrənəcəksiniz. ⠀

Tarix - 1 iyul ⠀
Saat - 18:00⠀

Məkan: Mingəçevir Gənclər Evinin İnstagram hesabı - https://www.instagram.com/gencler_evi_/


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Onlayn Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin