Əlaqə vasitələri
E-poçt: 
cv@impler.com
"İmpler Agentliyi" təcrübə programı elan edir


Karantindən təcrübəçi iş təklifi ilə çıxmaq istəyirsinizmi? 
 
Biz, Impler Agentliyi - böyük iş təcrübəsinə malik sosial media və digital marketinq komandasıyıq və gələcək karyerasını bu sahədə görən TƏCRÜBƏÇİ axtarırıq! 
 
İstəklərimiz:
- Bu sahədə karyera hədəfləyən və davamlı özünü inkişaf etdirən;
- Motivasiyalı, məsuliyyətli, özünü inkişaf etdirən;
- Azərbaycan dilini mükəmməl bilmək, əlavə xarici dil biliyi üstünlük ola bilər;
- Aktiv sosial şəbəkə istifadəçisi olmaq;
 
Təcrübəçinin öhdəlikləri:
- Həftənin 5 günü, ümumilikdə həftəlik 40 saat bizimlə olmaq (tələbələr ilə iş qrafiki müzakirə oluna bilər).
- Sosial Media xidmətlərinin icra olunması prosesində iştirak etmək;
- Verilən tapşırıqları məsuliyyətli və dəqiq şəkildə yerinə yetirmək;
- Verilən kursları öyrənmək;
 
Təcrübə proqramında əldə edəcəkləri:
- Karyerasının inkişafı üçün qızıldan qiymətli təcrübə;
- Korporativ təşkilati davranış bacarıqları;
- Uğurla bitirdiyi halda tövsiyə məktubu.
- Və ən əsas - iş dünyasının qapıları üzünüzə açılacaq.
 
Digər şərtlər:
- Proqram müddəti: 6 ay  
- Təcrübə proqramı ödənişlidir - (yəni, təcrübəçiyə aylıq xərclərini qarşılamaq üçün ödəniş olunacaq).  
- Yaş və cins fərqi yoxdur.
- Yuxarı kurs tələbələri müraciət edə bilərlər.
- Yalnız shortlist olunacaq şəxslərlə əlaqə saxlanılacaq.
 
Müraciət etmək üçün 28 iyun tarixinədək CV və motivasiya məktubunuzu “Təcrübəçi” başlığı ilə cv@impler.com ünvanına göndərə bilərsiniz. 
 
Seçim prosesində motivasiya məktubu göndərmiş şəxslərə üstünlük veriləcəyi üçün bu sahədə karyera hədəfləriniz, proqrama müraciət etməkdə motivasiyanız, bacarıq və təcrübələrinizi detallı qeyd etməyiniz tövsiyə olunur.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Təcrübə proqramları Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin

Əlaqə vasitələri


E-poçt:  cv@impler.com