"Heydər Əliyev siyasi məktəbini öyrənirik-2020" Gənc Liderlər Programı


Gənclər üçün möhtəşəm layihə.

“Heydər Əliyev siyasi məktəbini öyrənirik - 2020” Gənc Liderlər Proqramında iştirak etmək istəyən gənclərin nəzərinə

Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının icrasına start verilir.

Proqram Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1.1-ci yarımbəndinin (ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması) icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.

Proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.

Proqramda iştirak qaydaları və iddiaçıların seçimi

Proqramda iştirak etmək istəyən gənclər iştirakçı anketini doldurub 30 aprel 2020-ci il tarixədək aşağıdakı elektron poçt ünvanlarına göndərməlidirlər.

Ərizə tam şəkildə doldurulduqda baxılması üçün namizədlər siyahısına daxil edilir.

İddiaçıların seçimi aşağıdakı meyarlar üzrə müəyyən edilməsi nəzərdə tutulub:
• Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatlı olmal;
• ictimai fəal;
• 18-25 yaş;
• təşkilatçılıq bacarığı;
• geniş dünya görüşü;
• ünsiyyət və əlaqə qurmaq bacarığı;
• komanda ilə iş bacarığı;
• Azərbaycan vətəndaşı.

Namizədlər siyahısına daxil edilmiş hər bir gənclə onlyan formada müsahibə aparılacaqdır. Müsahibənin nəticəsi olaraq iştirakçıların siyahısı müəyyənləşdiriləcək və bu barədə hər bir iştirakçının elektron poçtuna və mobil telefon nömrəsinə sms göndəriləcəkdir.

Qeydiyyat üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur. Əgər çətinlik yaranarsa əlavə edilmiş fayılda word formatda əldə edə bilərsiz. Anketi doldurduqdan sonra gencliderproqrami@gmail.com elektron poçtuna göndərməyiniz xahiş olunur.

https://docs.google.com/forms/d/1x8Z4nkfGKxx9Eul4XDzRu5_88QSltZ8RUuzzwOHbYXE/viewform?fbclid=IwAR0PqkienfgfSe3DC6ISACBUFoH-lemrzNkR7-rHyJTApTrILQ4wKFaFNns&edit_requested=true

Əlaqələndirici şəxs:
Rəşad Musayev
Gənclər və İdman Nazirliyinin
Gənclər təşkilatları ilə iş sektorunun məsləhətçisi
E-mail: rashadmusayev85@gmail.com və gencliderproqrami@gmail.com
Tel: +994 55 661 01 96


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Sosial fəaliyyət Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin
Ən son Sosial Fəaliyyət elanları
Elmi işlərin yazlması
 30 Avqust 2020