"Carlsberg Azerbaijan"- dan Yay Təcrübə proqramı


Dostlar, Carlsberg Azerbaijan Yay Təcrübə proqramını açıq elan edir!  

 

“Carlsberg Azerbaijan”-da təcrübəçi, 3-cü kurs və yuxarı (magistr və aspirantura kursları daxil olmaqla), əyani bölmədə tədris alan tələbə ola bilər. Tələbələrlə əmək müqaviləsi (müəyyən sınaq müddəti ilə) təklif edilir. Təcrübə müddəti başa çatdıqdan sonra və yüksək nəticələr ilə işinin öhdəsindən qələn təcrübəçilərə, təcrübə və ixtisasına uyğun olaraq (Şirkətdə uyğun vakansiya olduqda halda) daimi iş yeri təklif oluna bilərlər.

Təcrübəçi olmağın üstünlükləri:

“Carlsberg Azerbaijan”-da təcrübə nədir?

- Ixtisasınız üzrə nadir və vacib olan təcrübə əldə etmək imkanı
- Professional və şəxsi bacarıqlarını artırmaq imkanı
- Universitetdə təhsil almaqla yanaşı nüfuzlu işə sahib olmaq imkanı
- Ən yüksək səviyyəli peşəkarlar qrupunun real layihələrində iştirak etmək imkanı

“Carlsberg Azərbaycan” Şirkətində təcrübəçi olmaq imkanı, arzuladığınız karyeranıza doğru ilk addımınız ola bilər!

Təcrübə proqraməna müraciət üçün məlumat

Tələb olunan ixtisasların siyahısı:

Mühəndis-mexanik
Elektroenergetika
Avtomatlaşdırma və Elektronika
Kimya
Hüquq

Namizədlərə olan tələblər:

- 3-cü və yuxarı kurs tələbələsi olan
- Azərbaycan və Rus dillərini səlis bilən (danışma və yazma) İngilis dilini bilənlərə üstunlük verilir
- Yüksək ünsiyyət bacarıqları olan
- İnternet Explorer və MS Office programlarını (Ms Word, Ms Excel) yaxşı bilən.

Prosesi necə başlamaq olar?

“Carlsberg Azerbaijan” Şirkətinin yay təcrübə proqramına seçimlərdə(test və assesment center) iştirak etmək istəyənlər 10 May 2020 tarixinədək, HR_CV@Carlsberg.az adresinə CVlərini yönləndirə bilər.
CVnizdə oxuduğunuz Universitetin adi, ixtisasınız, bacariqlarınız və iş təcrubəniz (olduğu halda) mütləq yer almalıdır

Elektron məktubun mövzu bəlməsində «Yay Təcrürbə Proqramı» qeyd edilməlidir.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Təcrübə proqramları Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin