Əlaqə vasitələri
Telefon: 
(012) 404 13 16
E-poçt: 
internship@azerbaijansupermarket.com
"Bravo" supermarketlər şəbəkəsi təcrübə proqramı elan edir


Bravo, Azərbaycanın ən sürətli inkişaf edən qida və qeyri-qida pərakəndəçisi əhaliyə yeni mağazalar istifadəyə verməklə yanaşı gənclərin inkişafı üçün də müvafiq addımlar atmaqdadır. Şirkət, gəncləri hədəfləyən maraqlı və faydalı layihə olaraq tələbələr üçün artıq ikinci ildir ki, “Praktikum” Yay Təcrübə Proqramı təşkil edir.

'Praktikum', tələbələrin təhsil zamanı öyrəndiklərinin işgüzar həyatda tətbiq etmə şansı yaradır, korporativ mühitlə və biznes proseslərlə yaxından tanış edir, şirkət peşəkarları tərəfindən təlimatlandırır, yay aylarında işləmək imkanı verir.
Bakalavr/Magistr tələbələri və 2019-2020 illərdə məzun olmuş 18 yaşdan yuxarı gənclər bu proqrama müraciət edə bilər

Təcrübə proqramının seçim mərhələləri :
Müraciətlərin qəbulu
Test və qrup müsahibələri
Fərdi müsahibə
2020-cu il 'Praktikum' hansı şöbələri əhatə edir?
İT və Biznes sistemləri
İnsan Resursları və İnzibati işlər
Maliyyə
Hüquq
Marketinq
Müştəri təcrübəsinin idarə olunması
Kommersiya (Planogram və qeyri-qida alışı)
Satınalma və Loqistika
Mağaza əməliyyatları
Mağazaların inkişafı (elektrik və inşaat mühəndisliyi)
Təchizat zənciri
Təcrübəçilərin proqramdan əldə edəcəkləri:
-Azərbaycanın ən qabaqcıl şirkətlərinin birində praktik təcrübəyə yiyələnmək
-Peşəkarlarla birgə çalışmaq
-Şirkətin daxili iş prosesləri haqqında ətraflı məlumat almaq
-Komanda işi və yeni layihələr yaratmaq
-Təcrübəçi proqramda iştirak etməsinə dair təstiq sənədi ilə təltif olunur
'Praktikum' Yay Təcrübə Proqramının şərtləri:
Proqramın müddəti 5 tam iş günü olmaqla, 2 ay davam edir
Təcrübəçinin nahar və nəqliyyat xərclərini ödəyəcək məbləğdə təqaüd ayrılır
Müraciət etmək üçün:
Maraqlanan gənclər 10 May 2020-cu il tarixinədək aşağıda yerləşdirilmiş onlayn müraciət formasına keçid alaraq öz müraciətlərini təstiqləyə bilərlər.
https://forms.gle/jJbjaKdABCSZ3U2A6

Suallar, təklif və iradlarınızı internship@azerbaijansupermarket.com elektron ünvanına göndərə bilərsiniz.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Təcrübə proqramları Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin

Əlaqə vasitələri


Telefon:  (012) 404 13 16
E-poçt:  internship@azerbaijansupermarket.com