"Bizimlə OL" layihəsinin təqdimatı keçirilib


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə “İcma Quruculuğu Təşəbbüsləri” Proqramı çərçivəsində "Bizimlə OL" layihəsinin Ağdam rayonunda  keçirilən 5 günlük təlimlər hissəsi 29 yanvar tarixində yekunlaşıb və iştirakçılar tərəfindən hazırlanan sosial teatrların təqdimatı həyata keçirilib.

Təqdimatdan öncə təlimin aktiv iştirakçılarından olan Şamxal Əhmədovun təqdimatında kiçik proqram göstərilmişdir. Daha sonra isə, gənclərin hazırladıqları "İş yerlərində əlliliyi olan şəxslərə qarşı ayrı-seçkilik", "İnkluziv təhsil", “Əlliliyi olan şəxslərin yolda qarşılaşdığı problemlər” adlı 3 sosial teatrı nümayiş etdiriblər. Tamaşaların sonunda auditoriya ilə fikir mübadiləsi aparılmış və fikirləri öyrənilmişdir. Tədbirdə "Ağdam Dövlət Sosial İqtisad Kolleci"nin direktoru, tələbələri və müəllim heyəti, Ağdam Rayon Gənclər və İdarəsinin nümayəndələri iştirak etmişdir. Sosial tamaşalar tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmiş və layihənin davamlı olmasını arzulamışlar. 

Tədbirin sonunda isə təlimdə uğurla iştirak edən gənclər sertifikatla təltif olunub.
 


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Xəbərlər Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin