"Bizimlə OL" layihəsi


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə “İcma Quruculuğu Təşəbbüsləri” Proqramı çərçivəsində "Bizimlə OL" layihəsinin Mingəçevir şəhərində keçirilən 5 günlük təlimlər hissəsi yekunlaşıb və iştirakçılar tərəfindən hazırlanan sosial teatrların təqdimatı həyata keçirilib.
Təqdimatdan öncə layihənin iştirakçılarının və “Mingəçevir Gənclər Evi”nin aktiv könüllülərinin hazırladığı kiçik proqram göstərilmişdir. Daha sonra isə, gənclər hazırladıqları "Əlillik ünsiyyətə əngəl deyil", Əlillik Fərqlilikdir", " Əlillik məhdudiyyət deyil" adlı 3 sosial teatrı nümayiş etdiriblər. Tamaşaların sonunda auditoriya ilə fikir mübadiləsi aparılmış və fikirləri öyrənilmişdir. Tədbirdə Mingəçevir ictimaiyyəti, “Mingəçevir Gənclər Evi” nin nümayəndələri, layihə iştirakçılarının valideynləri, gənclər, media nümayəndələri iştirak etmişdir. Sosial tamaşalar tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmiş və layihənin davamlı, uğurlu olması barədə fikirlər bildirmişlər.
Tədbirin sonunda isə təlimdə uğurla iştirak edən 15 gənc sertifikatla təltif olunub.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Sosial fəaliyyət Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin