“Data Science: maliyyə və bank işinə tətbiqi” təlimi


ASA-nın növbəti vebinarı Böyük Britaniyada təhsil alıb fəaliyyət göstərən həmyerlimiz Cahangir Məmmədovun təqdimatında “Data Science: maliyyə və bank işinə tətbiqi” mövzusunda olacaqdır.

Cahangir Məmmədov 2015-ci ildə Oksford Universitetinin Magistr dərəcəsinə yiyələndikdən sonra “Accenture UK”-də (Accenture Beynəlxalq Konsaltinq şirkətidir) maliyyə sektorunda konsultant olaraq çalışmışdır. İngiltərədə bir neçə maliyyə institutlarında konsultant olaraq çalışdıqdan sonra kariyerasına Barclays Bankda Yardımçı Vitse Prezident olaraq davam edir.

Vebinarda müzakirə olunacaq mövzular:
- Data Science və Analitika nə deməkdir.
- Halhazırda maliyyə sektorunda tətbiq olunduğu sahələr.
- Data Scientist olmaq üçün lazım olan biliklər.

Vebinar Azərbaycan Elm Assosiasiyasının Facebook səhifəsi üzərindən 15 May 20:30-dan etibarən canlı yayımlanacaq:
https://www.facebook.com/azescience/
 


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Onlayn Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin