Yaylaq könüllü düşərgəsi


“Yaylaq Könüllü Düşərgəsi” başlayır!

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı növbəti geniş layihəsi olan “Yaylaq Könüllü Düşərgəsi”nə müraciət qəbuluna start verir.

29 iyul-2 avqust tarixində olacaq layihə 4 gecə 5 gün ərzində Gəncə, Göygöl, Goranboy, Şəmkir regionlarında davam edəcək.
Düşərgənin məqsədi gəncləri aqrar sahə ilə tanış etmək, aqrar sahəyə yeni düşüncə tərzi gətirmək,  bu sahədə biliklərin və araşdırma qabiliyyətlərinin artırılması, aqrar təhsilinin təbliği, səfər ediləcək regionlarda müasir təsərrüfat müəssisələrilə tanış etməkdir.

    İştirak üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiz. Qeyd edək ki, iştirakçı sayı məhdudur və yalnız qeydiyyat formasını dolğun şəkildə dolduran müraciətçilər müsahibəyə dəvət ediləcəklər. 
Qeydiyyat üçün son tarix :17 iyul, saat 18:00 dur.

Qeydiyyat üçün keçid: https://forms.gle/6rhbEAqx79xxJnWD8