Əlaqə vasitələri
Telefon: 
490-78-18
E-poçt: 
culture-info@bk.mofa.go.jp
Yaponiyada tədqiqatla məşğul olmaq, magistratura və ya doktorantura təhsili almaq istəyən şəxslərin nəzərinə!


Yaponiyada tədqiqatla məşğul olmaq, magistratura və ya doktorantura təhsili almaq istəyən şəxslərin nəzərinə!


Yaponiya səfirliyi tərəfindən Yaponiya Dövlət Təqaüd Proqramı (MEXT) ilə Tədqiqat, Magistr və Doktorantura təhsil proqramları haqqında brifinq keçiriləcəkdir.
MEXT Dövlət Təqaüd Proqramı Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi tərəfindən xarici tələbələr üçün təqdim olunan dövlət təqaüd proqramı olub (təhsil haqqından azad olma, aylıq təqaüd və ikitərəfli biletlə təmin olunma), Yaponiyanın ən yüksək reytinqli universitetlərində tam pulsuz təhsil almaq şansı verir.


Təqaüd proqramına sənəd qəbuluna aprel ayının sonları start veriləcəkdir. Proqram elanından dərhal xəbərdar olmaq üçün səfirliyin rəsmi internet səhifəsi və ya Facebook səhifəsini izləyə bilərsiniz:

https://www.az.emb-japan.go.jp/itprtop_az/index.html
https://www.facebook.com/JapanEmb.Azerbaijan/

Təqaüd proqramı haqqında ətraflı məlumat almaq və suallarınızın cavablandırılması üçün bütün maraqlı şəxsləri brifinqə dəvət edirik.
Keçən ilki proqram və seçimlər haqqında məlumat üçün linkə nəzər sala bilərsiniz:

https://www.az.emb-japan.go.jp/itpr_ja/00_000315.html

 

Brifinqə giriş sərbəstdir. Məkana daxil olarkən şəxsiyyət vəsiqələrinizi mühafizə xidmətinə təqdim etməyi unutmayın.
Tarix: 22.04.2019 (bazar ertəsi)
Saat: (14:30 -16:00 Tədqiqatçı tələbələr, magistr və doktorantura təhsili üçün proqram)


Məkan: Azərbaycan Dillər Universiteti, 3-cü mərtəbə, Akt Zalı (Ünvan: Rəşid Behbudov küçəsi 134)
Əlavə məlumat üçün Yaponiya səfirliyinin Mədəniyyət və Məlumat şöbəsi ilə əlaqə saxlaya bilərsiniz:
TEL: 490-78-18/19 (daxili nömrə: 2)
EMAİL: culture-info@bk.mofa.go.jp


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Əlaqə vasitələri


Telefon:  490-78-18
E-poçt:  culture-info@bk.mofa.go.jp
Ən son Xaricdə Təhsil elanları
Xaricdə Təhsil Al