Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
0554777309
E-poçt: 
salam@buqelemun.com
Ünvan: 
Caspian Business Center 3-cü mərtəbə.
Xaricdə Təhsil - Necə müraciət etməli?


Buqelemun 2019-cu ildən yeni xidməti tələbələrin rahatçılığına təqdim etməkdədir - XARİCDƏ TƏHSİL
 

Son zamanlar hədsiz şəkildə "Xaricdə Təhsil" rahatlığını sizlər üçün təmin etməyimizi istəyirsiniz. Çox şadıq ki, bizim xidmətimizə güvənir və dəstəkləyirsiniz. Bu xidməti həm abituriyentlər (bakalavr üçün), həm də tələbələr (bakalavr, magistr, PhD üçün) üçün sistemləşdirdik.

Sistem necə çalışır?

1.Buqelemun.com -a daxil olursunuz. 
2.Xaricdə təhsil kateqoriyasını seçirsiniz.
3.Alt kateqoriyalardan "Universitetlər" və ya "Universitet tap" bölməsinə daxil olursunuz.


Universitetlər bölməsində istədiyiniz ölkəni seçə, universitetlərini nəzərdən keçirə bilərsiniz.
Əgər universiteti bəyənmişsinizsə, "Müraciət et" düyməsinə basıb açılan formu dolduraraq müraciət edə bilərsiniz. Əməkdaşlarımız sizinlə əlaqə saxlayacaq və sizi ofisə daxil edəcəklər. Lazımı sənədlər toplandıqdan sonra həyatınızın yeni səhifəsinə qədəmlərinizi cızmaq üzərə sizi həmin universitetə yollayırıq. Sənədləşmə, xarici ölkədə qarşılanma, yerləşdirmə, universitetdə qeydiyyat kimi texniki işlər Buqelemunun əməkdaşları tərəfindən sizin üçün qarşılanır.
 

  • Tərəddüd

Əgər ağlınızda xüsusi universitet yoxdursa yaxud hansı ixtisas daha yaxşıdır? Hansı ixtisası bitirib nə işləyə bilərəm? Hansı universitet yaxşıdır? Hansında mən bu bacarıqlarımla yanaşı bu biliklərimi də inkişaf etdirə bilərəm? deyə suallar ağlınızı qarışdırırs, konsultasiyamızda iştirak edin. Konsultasiyada iştirak etmək, məbləği sizə geri qaytarmaq üzərə 50 AZN təşkil edir. Belə ki, siz sənədlərinizi hazır edib xidmət haqqını ödəyəcəyiniz zaman həmin məbləğ xidmət haqqından çıxılır. (Bu nə üçün var?) 

  • Bu nə üçün var?

İlkin konsultasiya məbləği xaricə getmək istəyən tələbələrin ciddiyyətini ölçmək üçün vasitədir. Xaricdə təhsil almaq istəyən də, istəməyən də konsultasiyaya gəlir və əməkdaşlarımızın vaxtını almış, dolayısı ilə real təhsil düşünən tələbənin vaxtını almış olurlar. Bu addımla həm tələbələrin, həm də komandamızın vaxtını doğru yönləndirmiş oluruq.
 

  • Konsultasiya nələri təmin edir?

Konsultasiyada sizin bilikləriniz və büdcəniz nəzərə alınaraq sizə uyğun universitetlər analiz olunur. Sizə ixtisasınızla yanaşı digər bacarıqlarınızı da inkişaf etdirə biləcəyiniz bir neçə universitet təqdim olunur. Sizə uyğun ixtisaslar təqdim olunur. Tələbə seçim etməkdə tamamilə azaddır. Xaricdə təhsillə bağlı bütün suallarınız şəffaf şəkildə cavablandırılır. Hər bir fürsət, fürsətin dəyəri aydın şəkildə izah olunur. Nəticədə ƏN optimal ölkədə, universitetdə, ixtisasda zövqlə təhsil almaq üçün yollanırsınız.

Birbaşa konsultasiyaya müraciət etmək üçün bu keçiddən istifadə edə bilərsiniz. Əgər universitetlərə nəzər salmaq istəyirsinizsə bu keçiddən istifadə edin.

Əlaqə 055 477 73 09


 

Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  0554777309
E-poçt:  salam@buqelemun.com
Ünvan:  Caspian Business Center 3-cü mərtəbə.