VI Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası


27 - 29 sentyabr tarixlərində Bakı İdman Sarayında keçriləcək VI Bakı Beynəlxalq Kitab Sərgi - Yarmarkasında Azərbaycanın ən böyük nəşriyyatı olaraq (TEAS PRESS) biz də iştirak edəcəyik. Ən yeni nəşrlər, xüsusi endirimli kitablar, müəlliflərlə imza günləri və gülərüz kollektivimizlə sizi gözləyəcəyik.
 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu il, 27-29 sentyabr tarixində Bakı İdman Sarayında (Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 26A, Xalça Muzeyinin yanı) VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub.

Sərgi-yarmarka zamanı 3 gün boyunca 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgiləyəcək və kitablarının satışını həyata keçirəcəklər. Eyni zamanda sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər keçiriləcək.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında keçiriləcək tədbirlərin Proqramı ilə buradan tanış ola bilərsiniz.

Ziyarətçilər üçün sərgiyə giriş sərbəstdir/

 


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin: