Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
(012) 510 79 11
E-poçt: 
hr@turanbank.az
Ünvan: 
85 Ismayil Kutkashenli Street, Bakı 1073
TuranBank Baş ofis üçün 3 yeni vakansiya elan edir!


Proqramlaşdırma şöbəsinə müdir

Vəzifəyə olan tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (Kompüter mühəndisliyi, tətbiqi riyaziyyat, riyaziyyat və s)
  • Proqramlaşdırma üzrə iş təcrübəsi (bank sektorunda minimum 3 il, ümumilikdə 5 ildən az olmayaraq),
  • Verilənlər bazası və veb servislər üzrə bilik və təcrübə,
  • Obyekt yönümlü proqramlaşdırma üzrə biliklər və təcrübə,
  • PL/SQL üzrə professional biliklər və təcrübə,
  • Java (Spring framework) üzrə biliklər və təcrübə
  • C#
  • RETSful services
  • HTML,CSS, JavaScript və s. bilikləri
  • AngularJS
  • Apache Tomcat üzrə biliklər və təcrübə
  • Güclü analitik və alqoritmik düşüncə tərzi
  • Azərbaycan, rus və ingilis dili bilikləri (Azərbaycan dili səlis, digər dillər texniki sənədləri anlaya biləcək səviyyədə)

Vəzifə öhdəlikləri:

  • Proqram təminatlarının hazırlanması,
  • Mövcud proqram kodlarında düzəliş və əlavələrin edilməsi
  • Proqramçı komandasının işinin ümumi istiqamətləndirilməsi

Anketlərinizi  hr@turanbank.az ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Proqramlaşdırma şöbəsinin müdiri” yazmağı unutmayın.    

 

Proqramçı

Vəzifəyə olan tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (Kompüter mühəndisliyi, tətbiqi riyaziyyat, riyaziyyat və s)
  • Proqramlaşdırma üzrə iş təcrübəsi (ümumilikdə minimum 3 il, ən azı 1 il bank sektorunda),
  • Verilənlər bazası və veb servislər üzrə bilik və təcrübə,
  • Obyekt yönümlü proqramlaşdırma üzrə biliklər və təcrübə,
  • PL/SQL üzrə professional biliklər və təcrübə,
  • C# və ya Java (Spring framework) üzrə biliklər və təcrübə
  • RETSful services
  • HTML,CSS, JavaScript və s. bilikləri
  • Apache Tomcat üzrə biliklər
  • Güclü analitik və alqoritmik düşüncə tərzi
  • Azərbaycan, rus və ingilis dili bilikləri (Azərbaycan dili səlis, digər dillər texniki sənədləri anlaya biləcək səviyyədə)

Vəzifə öhdəlikləri:

  • Proqram təminatlarının hazırlanması,
  • Mövcud proqram kodlarında düzəliş və əlavələrin edilməsi

Anketlərinizi  hr@turanbank.az ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Proqramçı” yazmağı unutmayın.     

 

Kreditlərə Nəzarət bölməsinin rəhbəri 

Yaş həddi: 24-35

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (iqtisadi təhsil arzuolunandır);
  • Bank sahəsi üzrə 3 illik iş təcrübəsi (mikro və iri biznes kreditləri sahəsi üzrə);
  • Analitik təhlil və düşünmə bacarığı;
  • İstehlak kreditlərin qiymətləndirilməsi üzrə bacarıqlar;
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili arzu olunandır;
  • Yüksək ünsiyyət qurma bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

Vəzifə öhdəlikləri:

  • Filiala daxil olan biznes kreditləri üzrə müraciətlərin yerində təhlil edilərək qiymətləndirilməsi,
  • Filialın kredit komitəsinin üzvü olmaqla kreditlər barədə rəy verilməsi,
  • Kredit şöbəsi tərəfindən sağlam kreditləşmənin həyata keçirilməsinə nəzarət edilməsi,
  • Filial tərəfindən verilmiş kreditlər üzrə planlı və növbədənkənar monitorinqlərin aparılması,
  • Kredit portfelinin müxtəlif indiqatorlar üzrə təhlil edilməsi,
  • Verilmiş kredit müqabilində qəbul edilmiş təminatların qiymətləndirilməsi.

Qeyd: Bakı, Sumqayıt, Xaçmaz və Tovuz şəhərləri üzrə

Anketləriniziiqojayev@turanbank.az ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Kreditlərə Nəzarət bölməsinin rəhbəri” yazmağı unutmayın. 

Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  (012) 510 79 11
E-poçt:  hr@turanbank.az
Ünvan:  85 Ismayil Kutkashenli Street, Bakı 1073