Tələbə və İş Dünyası


"Mənim VİSAm” verilişində proqrama dəvət edilən qonaqlar karyera, karyera planlaması, əmək bazarı, karyera inkişafı, şəxsi inkişaf və.s bu kimi mövzularda onlara ünvanlanan sualları cavablandırırlar.

Qeyd edək ki, verilişin adında olan və karyera planlamasında çox vacib sayılan “VİSA” anlayışın açıqlaması da məhz belədir:
V alues – dəyərlər
İ nterests - maraqlar
S kills – bacarıqlar və qabiliyyətlər
A ims – məqsədlər və hədəflər

Maraqlısı budur ki, biz bu verilişdə VİSA-nı xaricə getmək, səyahət etmək üçün deyil də, real iş dünyasından gəlmiş qonaqlarımız vasitəsi ilə xoşbəxt, firavan, harmoniyalı və mənalı həyat qurmaq, ən əsası isə öz karyerasını qurmaq istəyən gənclərə kömək etmək üçün istifadə edirik.

Verilişin bu dəfəki qonağı Bakı Mühəndislik Universitetinin Dünya İqtisadiyyatı ixtisasının tələbəsi Leyla Süleymanovadır. Qonağımız verilişdə aparıcının ona ünvanladığı sualları çox gözəl, maraqlı, səmimi şəkildə cavablandırıb.
Proqramın aparıcısı və layihə rəhbəri: Tural Bədəlov

https://youtu.be/9H1J9rR4tzQ


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Maraqlı məlumatlar Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin
Ən son Maraqlı məlumatlar
Emex Azerbaijan
 17 Dekabr 2019
Telebelerə faydalı
 7 Sentyabr 2019